Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən ümumilikdə razı olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam”. Amerika lideri sui-qəsdin onun müdafiəsinə cavabdeh olan şəxslərin bir neçə səhvinin nəticəsi olduğuna diqqət çəkib. Tramp cinayətkarı tez aradan qaldırmağı bacaran snayperi də qeyd edib. “Bizim snayperimiz onu beş saniyədən az bir müddətdə bir atışla…

Daha çox

Cənubi Koreyada tələbələrin boykotu başa çatdı

Cənubi Koreyada hökumətin tibb fakültələrinə qəbul kvotasını artırmaq planına qarşı keçirilən kütləvi boykot aksiyası sona çatır. Cənubi Koreya Tibb Tələbələri Assosiasiyası iyulun 12-də parlamentin təhsil və rifah komitəsinin iclasında boykotun dayandırıldığını və tələbələrin dərslərə qayıdacaqlarını açıqlayıb. SİA xəbər verir ki, dərslərin bərpa ediləcəyi dəqiq tarix hələlik açıqlanmayıb. “Biz Milli Assambleya və hökumətə etimad göstərərək təhsilimizi davam etdirəcəyik, səhiyyə sisteminin normallaşmasına töhfə verəcəyik”, – deyə assosiasiyanın bəyanatında bildirilir. Xatırladaq ki, boykot 2024-cü ilin fevralında başlamışdı və ölkə üzrə intern və rezident həkimlərin 93 faizindən çoxu bu aksiyaya qoşulmuşdu. Etirazçılar hökumətin 2025-ci…

Daha çox

Bu gün 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 13-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 41 dərəcə isti olacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.…

Daha çox

Körfəz Əməkdaşlıq Şurası ölkələrində əhali sürətlə artıb

2024-cü ilin sonunda Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin əhalisinin sayı 61,2 milyon nəfərə çatıb. Bu, 2023-cü illə müqayisədə 2,1 milyondan çoxdur və 36% artım deməkdir. SİA xəbər verir ki, bu, Körfəz Əməkdaşlıq Şurası Statistika Mərkəzinin yayımladığı son məlumatlarda öz əksini tapıb. Mərkəzin 11 iyul – Ümumdünya Əhali Günü münasibətilə yaydığı statistikaya əsasən, KƏŞ ölkələrində əhali 2021-ci ildən bəri təxminən 7,6 milyon nəfər artıb. Bu rəqəmlər pandemiya dövründə bəzi ölkələrdə müşahidə olunan azalmadan sonra əhali artımının yenidən sürətləndiyini göstərir. KƏŞ ölkələrindəki ümumi əhalinin təxminən 38,5 milyonu kişidir və bu, ümumi…

Daha çox

Kallas Ukraynadakı vəziyyətdən istifadə edir

AB diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynadakı vəziyyətdən şəxsi maraqları üçün istifadə edir. SİA xəbər verir ki, bunu iqtisadçı Filip Pilkinqton X sosial şəbəkəsində yazıb. “Avropada heç kimə sirr deyil ki, Kallas — Ukrayna məsələsindən atasının “aparat məmuru” olması faktını gizlətmək üçün istifadə edən bir fırıldaqçıdır”, – o qeyd edib.

Daha çox

Rusiya iqtisadiyyatının çökəcəyi əsas məqamın adı açıqlanıb…

Ruslar yoxsulluq içində ilişib qalacaqlar… …Rusiya Şimali Koreyanın yolu ilə gedə bilər. Onun iqtisadiyyatı deqradasiyaya uğrayacaq, getdikcə sadələşəcək, geridə qalacaq, həyat səviyyəsi aşağı düşəcək. SİA-nın məlumatına görə, bu barədə rusiyalı iqtisadçı, iqtisad elmləri doktoru İqor Lipsits “Qlavred”ə müsahibəsində danışıb. Onun sözlərinə görə, rus xalqı səbirlidir, ona görə də sakitcə yoxsulluğa batacaqlar. …Onlar həyatlarını necə yaxşılaşdıracaqlarını bilmirlər, özlərini təşkil etməyi bilmirlər, bir-birlərinə güvənmirlər, bir-biri ilə ünsiyyət qurmurlar, əməkdaşlıq etmirlər. Onlar süpürgə yaratmırlar. Bilirsən, o nağıldakı kimi? Süpürgəni sındıra bilməzsən, amma budağı asanlıqla qıra bilərsən. Deməli, Rusiya 140 milyonluq…

Daha çox

Moskvanın regionda populyarlığı kəskin şəkildə aşağı düşür…

Putinin Ukraynadakı müharibəsi Rusiyanın Cənubi Qafqaza nəzarəti bahasına başa gələ bilər… …Ukrayna münaqişəsi Azərbaycanın, Ermənistanın və Gürcüstanın daxil olduğu, böyük və orta güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqazda Rusiyanın təsirini zəiflədir. Müharibə Azərbaycan və Ermənistan arasında gözlənilməz yaxınlaşmaya səbəb oldu. Sülhə və Rusiyadan yan keçən yeni ticarət dəhlizlərinə yol açdı. SİA-nın məlumatına görə, bu barədə “The Economist” yazır. …2020-ci ildə Dağlıq Qarabağda gedən döyüşlərdən sonra Rusiya sülhməramlı qüvvələri vasitəsilə regiona nəzarəti saxladı, lakin Ukraynaya genişmiqyaslı müdaxilə Moskvanın diqqətini yayındırdı. 2023-cü ildə Azərbaycan tezliklə Dağlıq Qarabağa nəzarəti…

Daha çox