Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb. Bu barədə SİA “Hürriyet”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.
Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.