Ukrayna şəhərində partlayışın fəsadları məlum olub


Ukraynanın Sumı şəhərində baş verən partlayış nəticəsində kritik infrastruktur obyektinə ziyan dəyib, mer vəzifəsini icra edən Artem Kobzar ICTV kanalının efirində bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Onun sözlərinə görə, bəzi ərazilər işıqsız qalıb.

Təcili yardım xidmətləri fövqəladə vəziyyətin nəticələrini aradan qaldırır. Ölən və ya itki yoxdur.

Sumıda üç xəstəxana elektriksiz qalıb, ora generatorlar qoşulub, “Public. Sumy” nəşrinin Telegram kanalı Kobzara istinadən xəbər verir.

İyulun 13-də səhər saatlarında Sumıda partlayış səslərinin eşidildiyi bildirilirdi. Şəhərdə elektrik enerjisinin qismən kəsilməsi baş verib. Sumı vilayətində hava hücumu həyəcanı olub.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər