Azərbaycanda tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 14-də Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Daha çoxDay: July 14, 2025
Britaniyada uşaqlar üçün 500 milyon funtluq fond yaradılıb
Böyük Britaniya hökuməti çətin şəraitdə yaşayan ailələrə və uşaqlara dəstək məqsədilə 500 milyon funt sterlinq (təxminən 675 milyon ABŞ dolları) dəyərində “Daha Yaxşı Gələcək Fondu”nun yaradıldığını elan edib. SİA “Reuters”ə istinadla xəbər verir ki, növbəti 10 il ərzində həyata keçiriləcək bu təşəbbüslə 200 minədək aztəminatlı uşağın təhsilə çıxışı genişləndiriləcək, onların təhlükəsiz yaşayış mühitinə sahib olmaları təmin ediləcək və ailələrə dəstək göstəriləcək. Maliyyə naziri Reyçel Rivz əlavə olaraq bu təşəbbüs üçün yerli idarəetmələrdən, sosial investorlardan və xeyriyyəçilərdən daha 500 milyon funt sterlinq cəlb etmək planlaşdırıdığını açıqlayıb.
Daha çoxXocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. Köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. SİA xəbər verir ki, ilk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə – 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd…
Daha çoxMedia: Kremlin hərbi mühərriki boğulub
Moskva əsəbiləşməyə başlayır… …Ukraynaya qarşı qırx ay davam edən müharibədən sonra Rusiya iqtisadiyyatı təhlükəli həddə yaxınlaşır. Artım templəri yavaşlayır, qiymətlər sürətlə yüksəlir və yığılmış ehtiyatlar demək olar ki, tükənib. Hətta Kreml də artıq gizlətmir ki, hərbiləşdirmə və karbohidrogen satışına əsaslanan əvvəlki inkişaf modeli özünü tükəndirib. SİA-nın məlumatına görə, bu barədə EL PAÍS yazır. Bir vaxtlar Rusiyanın gücünü nümayiş etdirən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu il narahatlıqla dolu idi. İqtisadi İnkişaf naziri Maksim Reşetnikov birbaşa etiraf etdi: “Biz tənəzzül astanasındayıq”. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina əlavə…
Daha çox"Rusiya böyük qarışıqlıq ərəfəsində" ..?
“Rusiya böyük qarışıqlıq ərəfəsində” ..?
Daha çoxBu gün 40 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə…
Daha çoxKarlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
Çexiyanın Karlovı Varı şəhərində keçirilən 59-cu Beynəlxalq Kino Festivalı işini yekunlaşdırıb. SİA xəbər verir ki, kino müsabiqəsinin əsas mükafatı slovakiyalı rejissor Miro Remonun “Sıx meşədə dəli olmaq daha yaxşıdır” sənədli filminə təqdim olunub. Film Şumava dağ bölgəsinin qoruq meşələrində yaşayan qeyri-adi tənha qardaşlar – əkizlər Frantişek və Ondrjey Klişikdən bəhs edir. Onlar əziz ev heyvanları ilə əhatədə, sehrli bir dünyada “əbədi uşaqlar” kimi yaşayırlar. Festivalın prezidenti mükafatına tanınmış montaj ustası İrji Brojek layiq görülüb. Onun kino karyerası 1970-ci illərdə başlayıb, o, İrji Mentsel, Vera Xitilova, Ladislav Smolyak, Karel Kaxinya və…
Daha çoxRusiya hücum planlarını həyata keçirə bilmir
Rusiya ordusu bu ilin yayında qurduğu hücum planlarından əhəmiyyətli dərəcədə geri qalır. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində yazıb. Dövlət başçısı bildirib ki, hərbçilərlə, eləcə də müdafiə naziri Rüstəm Umerovla görüşüb: “Biz əsas müdafiə bölgələrindəki vəziyyəti Baş Komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla müzakirə etdik. Xüsusilə də, Pokrovsk rayonu, Novopavlovskoye, Zaporojye, Xarkov və Sumı vilayətlərinin sərhədyanı ərazilərindəki vəziyyəti…”
Daha çoxZaxarova Departamentin bu qərarını lağa qoydu
ABŞ Dövlət Departamentində dövlət xərclərinin optimallaşdırılması və struktur islahatları çərçivəsində 1300 nəfər əməkdaş işdən azad edilib. SİA xəbər verir ki, bu addım Vaşinqtonun maliyyə yükünü azaltmaq üçün həyata keçirdiyi daha genişmiqyaslı islahat planlarının bir hissəsidir. Hadisəyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova istehzalı münasibət bildirib: “Gülməlidir ki, bütün bu illər ərzində məhz amerikalı diplomatlar dünyaya sübut etməyə çalışırdılar ki, insan hüquqları yalnız ABŞ-da kanonik şəkildə qorunur və hamı onlara bənzəməlidir”.
Daha çoxBerlində çox sayda xəsarət alan var
Berlində keçirilmiş “Rave The Planet” elektron musiqi festivalında kütləvi xəsarət halları baş verib. SİA “Bild” nəşrinə istinadla bildirir ki, ötən gün təşkil olunan tədbirdə ümumilikdə 89 nəfər təcili tibbi yardım tərəfindən müayinə edilib, onlardan 69-u xəstəxanaya yerləşdirilib. Yağışlı hava şəraitində keçirilən festival zamanı ümumilikdə 400 nəfərə tibbi yardım göstərilib. Yaralanmaların əsas səbəbləri alkoqol və narkotik istifadəsi ilə bağlı olub, bəzi hallarda bədənə xəsarət yetirilməsi faktı da qeydə alınıb. Bir neçə şəxs təhlükəli vəziyyətdə olub, lakin xəsarətlərin dəqiq xarakteri barədə məlumat verilməyib. Hadisə ilə bağlı şəhər üzrə təcili yardım resurslarının demək…
Daha çox