…İyulun 19-da IBF çempionu Daniel Dubois ilə revanş döyüşü keçirəcək WBC, WBA, WBO və IBO versiyaları üzrə ağır çəkidə çempion ukraynalı boksçu Oleksandr Usik hobbisindən danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New Voice” yazır.
…Boksçu mahnı oxumağı, xüsusən də karaoke oxumağı çox sevdiyini etiraf edib, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən hələlik bunu etməyib.
…Mən mahnı oxumağı sevirəm – evdə, maşında, hər zaman. Ölkəmdə müharibə olduğu üçün indi bunu etmirəm. Restoranlara getmirəm, ancaq arabir həyat yoldaşımla harasa gedə bilirik. Amma indi karaoke mənim üçün fasilədir. Qalib gələndə gedib oxuyacağam. Bunlar ukrayna mahnılarıdır. Dostlarımın çoxu ingilis mahnılarını sevir. Mən də, ancaq iki-üç kəlmə oxuya bilirəm. Mən həmişə əylənməyi sevirəm. Həyat yoldaşım, uşaqlarım və insanlarla vaxt keçirməkdən zövq alıram. Çünki həyat həyatdır, gözəldir.
“Froch On Fighting” xəbər verir ki, bunu Usik bildirib.
Xatırladaq ki, Usik və Dubua arasında cavab görüşü iyulun 19-da Londonda, Uemblidə keçiriləcək.
Əli Babayev