ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib

Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt Strategiyası İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən həyata keçirilən “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil olunan tədbirdə təqdim olunub. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir. Tədbir iştirakçılarına həmçinin süni intellekt sahəsində “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-05) tərəfindən qəbul olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq etdiyi standartlar barədə ətraflı məlumat verilib. Layihədə iştirak etmək məqsədilə Azərbaycandan iki nəfərin namizədliyi ISO tərəfindən təsdiq edilib.Bunlar, Texniki komitənin sədri – RİNN-in aparat rəhbərinin…

Daha çox

Şəxsiyyət vəsiqələri dəyişir – Qanun qəbul olundu

Milli Məclis (MM) şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini sonuncu oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib. Qeyd olunub ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı…

Daha çox

Trampın Ukrayna ilə bağlı açıqlaması Almaniyada çaşqınlıq yaradıb…

Almaniyanın xarici siyasət üzrə eksperti Sevim Dağdelen ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımla bağlı sözlərindən sonra X sosial şəbəkəsində (keçmiş Twitter) Almaniya hökumətini tənqid edib. …ABŞ hücum silahları tədarük edir. Avropa və ilk növbədə, Almaniya vergi ödəyiciləri qanun layihəsini ödəməlidirlər. Yenə də Almaniya hökuməti Trampın tələbini yerinə yetirir. SİA-nın məlumatına görə, o, öz fikirlərini bölüşüb. Nəşrin müəllifi hökumətin bu siyasətini məsuliyyətsiz adlandırıb. İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya görə Amerika silahlarının pulunu ödəyəcək. İyulun əvvəlində “Politico” ABŞ ehtiyatlarının tükənməsi fonunda keçmiş Sovet respublikasına sursat və…

Daha çox

1007 əcnəbi cərimələnib, ölkəyə girişləri məhdudlaşdırılıb

Bu ilin birinci yarısında miqrasiya qanunvericiliyini pozan 1007 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb. SİA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin əcnəbilərin ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Bu dövr ərzində 11 halda ölkəyə tənzimlənməyən miqrasiyanın təşkili halları aşkar edilib. Aparılmış araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, ölkə ərazisindən istifadə etməklə üçüncü ölkələrə göndərilməsinin təşkili, gəldikdən sonra onların qanunsuz yollarla ölkə ərazisində iş və müvəqqəti…

Daha çox

Xüsusi icra məmurları haqqında yeni QANUN

Milli Məclis “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsini sonuncu oxunuşda qəbul edib. SİA xəbər verir ki, yeni layihə parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, layihəsi 6 fəsil, 38 maddədən ibarətdir. Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyəcək. Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq. Xüsusi icra məmuru məcburi icra…

Daha çox

Azərbaycanda “İstilik təchizatı haqqında” qanun qüvvəyə minib

Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib. SİA xəbər verir ki, qanun dövlət başçısının imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb və qəbul olunub. Qanunla istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri təsbit edilir. Qanuna əsasən, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan…

Daha çox

Parlament şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsini təsdiq edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Belə ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti…

Daha çox

Zülmətə bürünən küçə – İşıqları niyə yandırılmır?

Bakı şəhərinin bəzi ərazilərində gecə saatlarında küçə işıqlarının işləməməsi və ya ümumiyyətlə olmaması müşahidə olunur. Bu problem xüsusilə paytaxtın mərkəzdən kənar qəsəbə və mikrorayonlarında – Biləcəri, Binə, Hövsan, Xətai, Sabunçu, Ramana və ya Keşlə kimi ərazilərdə daha çox nəzərə çarpır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Səbəblər nədir? Köhnəlmiş infrastruktur: İllər əvvəl quraşdırılmış işıqlandırma sistemlərinin texniki cəhətdən köhnəlməsi və yenilənməməsi. Texniki nasazlıqlar: Elektrik naqillərində, transformatorlarda və ya işıq dirəklərində yaranan nasazlıqların vaxtında aradan qaldırılmaması. Bələdiyyə və kommunal xidmətlərin yetərsiz fəaliyyəti: Məsul qurumların bəzi hallarda məsuliyyətsiz davranması və problemlərə gec müdaxilə…

Daha çox

Azərbaycanda “İstilik enerjisindən istifadə qaydaları” hazırlanacaq

Prezident İlham Əliyevin bu gün imzaladığı “İstilik təchizatı haqqında” qanunun tətbiqi barədə fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində “İstilik enerjisindən istifadə qaydaları”nı hazırlayıb dövlət başçısına məlumat verməlidir. SİA xəbər verir ki, hökumət həmçinin çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallarını və şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən etməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. Energetika Nazirliyi isə 9 ay müddətində istilik qurğularının quraşdırılması qaydalarını, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını, istilik qurğularının…

Daha çox