Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə,…
Daha çoxDay: July 14, 2025
Milli-mədəni identikliyin əsas göstəricilərindən biri
Xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir Səkkizinci məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq…
Daha çoxŞabranda şəhid ailələrinin və qazilərin iştirakı ilə tədbir keçirilib
“Resurs” Analitik İnformasiya Mərkəzi İB “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsini davam etdirir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində növbəti dəyirmi masa Şabran şəhərində keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri, eləcə də Şəhid Seyfəddin Balağayevin anası Besxanım Balağayeva, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Şabran rayon icra hakimiyyətinin əməkdaşı Seyidağa İsmayılov, QMƏŞAİB-nin Şabran rayon nümayəndəsi Namiq Cümşüdov, QXRMİ-nin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Qazi Sədyar Orucov, Şəhid atası Firdovsi…
Daha çoxAzərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 31-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 13 daşınar və 5 daşınmaz əmlak çıxarılacaq. Bunlar, 11avadanlıq, 4 torpaq sahəsi, 2 nəqliyyat vasitəsi və 1 əmlak komplesidir. Əmlakların start qiyməti 1 600 – 280 minmanatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər iyulun 25-nə qədər qəbul olunacaq.
Daha çoxParlament torpaq üzərində hüquqların qeydiyyatından imtina üçün hüquqi əsasları təsdiq edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib. SİA xəbər verir ki, sənədlə Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilir. Qanun layihəsi Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixli qərarından, eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək hazırlanlb. Bu sənədlərdə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq…
Daha çox“Texnologiya tamamilə mənfi faktor deyil”
“Müasir dövrdə texnologiyanın sürətli inkişafı uşaqların gündəlik həyatına ciddi şəkildə nüfuz edib. Planşet və smartfon kimi cihazlar artıq bir çox ailədə uşaqları sakitləşdirmək, əyləndirmək və hətta öyrətmək vasitəsi kimi istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, bu texnoloji alətlərdən uzunmüddətli və nəzarətsiz istifadə uşaqların yaradıcılıq qabiliyyəti və sosial ünsiyyət bacarıqları üzərində ciddi təsirlər yarada bilər: “Əvvəla, planşet və telefon vasitəsilə uşaqlar əsasən hazır məzmunlarla qarşılaşırlar – yəni animasiyalar, oyunlar və videolar onların yaradıcı düşünməsini deyil, passiv şəkildə qəbul etməsini təşviq edir. Bu isə uşağın…
Daha çoxMilli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin 2025-ci il üzrə növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. SİA xəbər verir ki, iclasda spiker Sahibə Qafarova növbədənkənar sessiya barədə qısa hesabat verib. Spiker xatırladıb ki, növbədənkənar sessiya iyunun 3-də başlayıb. O vurğulayıb ki, sessiya müddətində Milli Məclisin yeddi iclası keçirilib, 45 qanun və qərar, eləcə də 2 konstitusiya qanunu, həmçinin 5 beynəlxalq müqavilə qəbul edilib: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu dövrdə də layiqincə yerinə yetirməyə çalışıb”. Sahibə Qafarova…
Daha çoxSuların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti quşçuluq fabrikinə qarşı tədbir görüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Elat Kəndli-Fermer Təsərrüfatı” MMC-yə məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının lokal təmizləyici qurğu olmadan və hər hansı təmizlənmə, zərərsizləşdirilmə aparılmadan birbaşa Sumqayıt çayına və dolayısı ilə Xəzər dənizinə axıdılması faktı aşkar edilib. SİA bu barədə Xidmətə istinadən xəbər verir. Məlumata görə, Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli qərarından irəli gələn tələblərin pozulmasına görə faktla bağlı akt…
Daha çoxMilli Məclis tətilə buraxılıb
Milli Məclis tətilə buraxılıb. SİA-nın xəbərinə görə, parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.
Daha çoxKöç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb
Doğma yurda yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb. SİA-nın verdiyi xəbərə görə, Xanyurdu kəndinə İlk mərhələdə 122 nəfərdən ibarət 33 ailə köçürülüb. Sakinləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləri qarşılayıblar. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələr üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə…
Daha çox