Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. İyulun 14-də səhər saatlarında Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən ilk köç karvanı doğma yurda çatıb. SİA xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə ilk mərhələdə 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı…
Daha çoxDay: July 14, 2025
“Ağdam mənə Xirosimanı xatırladırdı”
“Qarabağa ilk dəfə qatarla səfər etdik. Qatarla birbaşa Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə getdik. Təxminən 4 saat 20 dəqiqəyə Bakıdan Ağdama çatmaq olur. Yeni qatar yolu və vağzal fərqli bir xoş təəssürat yaratdı. Qatarla səyahətin tezliklə sərnişinlərin də istifadəsinə veriləcəyi bildirildi”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Ağasif Şakiroğlu sözlərinə belə davam edib: “Ağdam işğaldan əvvəl Qarabağın iqtisadi və mədəni mərkəzi idi. Gələcəkdə də Ağdam Azərbaycanın ən böyük iqtisadi şəhəri olacaq. Bu istiqamətdə mükəmkəl işlər görülür. Orada tikintilərin və yaşayış komplekslərinin miqyası böyükdür. Ağdamda…
Daha çoxBorcluya həbsdə olan əmlakı satmaq üçün 2 ay vaxt veriləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq, Mülki, Vergi və Mənzil Məcəllələrində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, layihəyə əsasən, Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur. Belə ki, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra informasiya sistemi vasitəsilə…
Daha çoxMilli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə bir və üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulan ümumilikdə 13 qanun layihəsi daxil edilib. İclasa Milli Məclisin sədri Sahibə Qafarova sədrlik edir.
Daha çoxKassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq. SİA ADY-yə istinadən xəbər verir ki, bu addım kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə atılır. ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün “ADY Mobile” tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib. Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə “Müyəssərlik” menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib, məlumatda…
Daha çoxÜmummilli liderin başladığı tarixi missiyasını Prezident İlham Əliyev davam etdirir
Ümummilli liderin başladığı tarixi missiyasını Prezident İlham Əliyev davam etdirir. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin olunmasının növbəti ildönümü ilə bağlı danışarkən deyib. O qeyd edib ki, Azərbaycan dünyanın geniş coğrafiyasında söz sahibi olan dövlətə çevrilib. “Prezident İlham Əliyevin siyasəti indiyə qədər olduğu kimi qarşıdakı dövrlərdə də Azərbaycan dövlətinə və xalqına uğurlar gətirəcək” – deyə, spiker əlavə edib.
Daha çoxXətai və Xəzər rayonlarında oğurluq edən üç nəfər saxlanılıb
Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar. Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar. Araşdırmalar davam etdirilir.
Daha çoxPirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.
Daha çoxKirayə qalmaq seçim, yoxsa zərurətdir?
“Hazırda Bakı şəhərində kirayə mənzildə yaşayanların böyük əksəriyyəti bu şəraitdə yaşamağa zərurətdən məcbur qalıblar. Bunun əsas səbəblərindən biri regionlarda məşğulluq imkanlarının məhdud olması və gəlir əldə etmə şərtlərinin zəifliyidir. Bu şəraitdə insanlar daha çox qazanc ümidi ilə Bakı şəhərinə üz tuturlar. Lakin paytaxta köç edən ailələrin əksəriyyətinin burada daşınmaz əmlak almaq imkanları məhduddur. Belə ki, onların ilkin mənzil və ya mülk sahibi olmaq üçün kifayət qədər maliyyə resursları yoxdur. Bu səbəbdən kirayədə yaşamaq onlar üçün yeganə çıxış yoluna çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib. …
Daha çoxFransanın yeni müstəqillik oyunu
Paris Yeni Kaledoniyaya separatizmlə mübarizə aparmaq üçün maksimum muxtariyyət veriləcək Parisin ətrafı Buqevalda on gün davam edən danışıqlardan sonra gələn ilin əvvəlində “Yeni Kaledoniya Dövləti”nin yaradılmasını nəzərdə tutan razılaşma əldə edilib. Möhtəşəm adına baxmayaraq, söhbət yalnız Fransanın bu dənizaşırı ərazisinin muxtariyyətinin genişləndirilməsindən gedir, onun tam müstəqilliyindən deyil. Razılaşma 2024-cü ildə Yeni Kaledoniyada bir neçə insanın ölümünə səbəb olan aylarla davam edən etirazların nəticəsi idi. Yerli əhali, Kanaklar, materik Fransadan gələnlərə yerli seçkilərdə səs vermək hüququ verən qanunun qəbul edilməsinə qarşı üsyan qaldırıblar. Danışıqları Yeni Kaledoniyada hökumət və əsas siyasi qüvvələrin…
Daha çox