Dakarda isti hava səbəbindən çimərliklər dolub

Seneqalın paytaxtı Dakarda isti havadan əziyyət çəkən insanlar çimərliklərə axın edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Seneqalda yüksək isti və rütubətdən boğulan paytaxt sakinləri dənizdə çimərək sərinləməyə çalışıblar. Şəhərin ən məşhur çimərliklərindən biri olan Nqor həftə sonu ziyarətçilərlə dolub. Sahil xətti boyunca hər yerdə üzən, günəş vannası qəbul edən və su idmanı ilə məşğul olan insanlara rast gəlinirdi. Uşaqlar qumda oynayır, böyüklər isə dənizdən həzz alırdılar. İctimai çimərlik praktiki olaraq boş idi və sahilə düzülmüş çətirlər havadan rəngarəng mənzərə yaradırdı. Küçə satıcıları izdihamdan istifadə edərək, gün boyu sərinləməyə…

Daha çox

Azərbaycanda yük daşıyıcıları da sadələşdirilmiş vergi ilə bağlı yoxlamalara cəlb olunacaq

İqtisadiyyat Nazirliyinin Kollegiyası 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra yük daşımaları həyata keçirən vergi ödəyicilərində də sadələşdirilmiş vergi yoxlanılarkən fərqlənmə nişanlarının alınması qaydalarının düzgünlüyü, vəkalətnamə (etibarnamə) və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında daşımaların həyata keçirilməsi və vergilərin hesablanması zamanı faktiki texniki göstəricilərin ilkin uçot sənədlərinə uyğunluğu araşdırılacaq. Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə…

Daha çox

MM gömrük borcunun ödənilməsi üzrə məsul subyektlərin dəqiqləşdirilməsini III oxunuşda qəbul edib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliklə Azərbaycanda gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. Gömrük Məcəlləsinin 148.3.4-cü maddəsinə görə, gömrük ödənişlərini etmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Məcəllənin 245.1-ci maddəsinə əsasən isə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Belə olduğu halda Məcəllənin “gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər” müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı təhlilindən də göründüyü kimi gömrük borcunu istənilən…

Daha çox

“Gənclər gələcəyini xaricdə görməyə başlayır”

“Son illər Azərbaycan gəncləri arasında xaricə köçmək tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bu prosesi yalnız “vətənə bağlılıq yoxdur” kimi səthi yanaşmalarla izah etmək doğru olmaz. Məsələyə daha geniş, sosioloji və psixoloji prizmadan baxmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, gənclərin xaricə üz tutmasının əsas səbəbləri arasında daha yaxşı təhsil, sabit və şəffaf iş imkanları, azad həyat tərzi, hüquq və sosial ədalətə daha yüksək inam kimi faktorlar dayanır: “Bu, əslində qloballaşan dünyada təbii bir meyildir. Gənclər daha çox bilik və təcrübə əldə etmək, öz potensiallarını…

Daha çox

Milli Məclis büdcə qaydasının dəyişdirilməsini qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, sənəd Azərbaycanda büdcə qaydasının dəyişdirilməsini nəzərdə tutur. Qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə…

Daha çox

Parlament qanunvericilikdə “ərazi müdafiəsi” anlayışının təkmilləşdirilməsini qəbul edib

Milli Məclis “Müdafiə haqqında” qanunda təsbit olunan “ərazi müdafiəsi” anlayışının təkmilləşdirilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Sənədə əsasən, “ərazi müdafiəsi” dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur. Bildirilir ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi…

Daha çox

ABŞ Ukraynaya “Patriot” raketləri göndərəcək

ABŞ prezidenti Donald Tramp Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələrinin Birgə Bazasında jurnalistlərə açıqlama verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynaya “Patriot” hava hücumundan müdafiə raketləri göndərib-göndərməyəcəkləri ilə bağlı suala Tramp belə cavab verib: “Nömrə hələ dəqiqləşməyib, lakin onların müdafiəyə ehtiyacı olduğu üçün bəzilərini göndərəcəyik. Amma Avropa Birliyi ödəyəcək. Biz heç nə ödəməyəcəyik, ancaq onları göndərəcəyik. Bu, bizim üçün bir iş olacaq. Onlara çox ehtiyac duyduqları “Patriot”ları göndərəcəyik”. Donald Tramp Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu vurğulayıb: “Əvvəllər Putinin sözlərinin arxasında kiminsə olduğunu düşünürdüm. O, çox gözəl danışır,…

Daha çox

İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Maluku əyaləti sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti episentri Maluku əyalətinin Tual şəhərindən təxminən 180 kilometr cənub-qərbdə olan zəlzələnin təxminən 65,7 kilometr dərinlikdə qeydə alındığını bildirib. Zəlzələdə insan və mal itkisi qeydə alınmayıb.

Daha çox

Qadağan olunan yerlərdə siqnal verənləri hansı cərimələr gözləyir?

“Avtomobilin səs siqnalı yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan vasitələrdən biridir. Lakin bu vasitədən istifadə, “Yol Hərəkəti Haqqında” qanunla konkret hallarda məhdudlaşdırılıb. Səs siqnalı yalnız fövqəladə vəziyyətlərdə – qəza təhlükəsinin qarşısını almaq və ya digər yol hərəkəti iştirakçılarını vaxtında xəbərdar etmək məqsədilə istifadə edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, bəzi sürücülər bu texniki vasitədən düzgün olmayan şəkildə, emosiyalarını ifadə etmək, əsəbini bildirmək və ya yersiz üstünlük tələb etmək üçün istifadə edirlər: “Xüsusilə yaşayış məntəqələrində və…

Daha çox

Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

Bu ilin I yarısında Azərbaycanda 7 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib. SİA xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb. Bidirilir ki, 6 200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub. XRİTDX dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri davam etdirir.

Daha çox