Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969: Milli dirçəlişin başlanğıcı – Müstəqil və Suveren Azərbaycanın banisi” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş…
Daha çoxDay: July 14, 2025
Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qlobal su çatışmazlığına, sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil olunub. SİA xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər əvvəlcə Şahbuz rayonunun ərazisində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən “Qanlıgöl” sututarına baş çəkiblər. Məlumat verilib ki, ötən il həyata keçirilmiş mühüm və strateji əhəmiyyət daşıyan layihələrdən biri də “Qanlıgöl” sututarının suburaxıcı qülləsinin əsaslı şəkildə təmir olunmasıdır. Uzun illər təmir edilməyən və nəticədə…
Daha çoxDünya bazarında qızıl və gümüş bahalaşıb
Dünya bazarında qızıl və gümüş bahalaşıb
Daha çox“Atəşkəsin pozulması Yaxın Şərqdə yeni müharibəyə yol aça bilər”
“İran və İsrail arasında gərgin münasibətlər son illərdə regional və qlobal təhlükəsizlik üçün əsas risk mənbələrindən birinə çevrilib. Atəşkəsin mövcudluğu hər nə qədər müsbət addım kimi qiymətləndirilsə də bu vəziyyət olduqca kövrəkdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, hər iki tərəf arasında olan qarşılıqlı güvənsizlik, ideoloji ziddiyyətlər və geopolitik maraqlar atəşkəsi daimi sabitliyə çevirməyə imkan vermir: “İranın bölgədəki təsir dairəsini genişləndirməsi, xüsusilə “Hizbullah” və digər müttəfiq qruplar vasitəsilə İsrailin sərhədlərinə yaxın mövqelərdə hərbi iştirakını gücləndirməsi, İsrail üçün qırmızı xətt hesab olunur. Digər tərəfdən, İsrailin…
Daha çoxPaşinyan Brüsselə getdi
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfər edib. SİA xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Bildirilib ki, bu gün Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında üçtərəfli görüş planlaşdırılır.
Daha çoxQazax və Samuxda qaz kəsiləcək
Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15-17 iyulda isə “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli…
Daha çoxABŞ-da ikiqat atışma baş verib
ABŞ-ın Kentukki ştatında Leksinqtonda ikiqat atışma baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Blue Grass hava limanı yaxınlığında dayanan şəxs atəş açıb və polis əməkdaşını yaralayıb. Hücum edən şəxs hadisə yerindən qaçaraq bir avtomobil oğurlayıb və Richmond Road Baptist kilsəsinə təxminən 10 mil (16 kilometr) sürüb. Hücumçu kilsənin həyətinə atəş açıb, iki qadını öldürüb, iki kişini yaralayıb. Polis oğurlanmış avtomobilin yerini müəyyən edib və kilsəyə gəlib və hücumçunu orada öldürüb. Leksinqton polis rəisi Lourens Uezers keçirdiyi mətbuat konfransında hadisə ilə bağlı son açıqlama verib. Hücum edənin kimliyi açıqlanmasa…
Daha çoxXətai rayonunda yeni nəqliyyat svetoforları quraşdırılıb
Nizamlanmayan yolayrıcında piyada və sürücülər üçün yaranan xaotik vəziyyət aradan qaldırılıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, paytaxtın Xətai rayonu, Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforları quraşdırılıb. Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan svetoforlarda piyada bölmələri də istifadəyə verilib.
Daha çoxDünya bazarlarında neft bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
Daha çoxNYMEX əmtəə birjasında təbii qazın qiyməti 4%-dək artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 3,68% artaraq 3,436 ABŞ dolları təşkil edib.
Daha çox