15 iyul 2025-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Nuri Paşa Salonunda “15 İyul – Demokratiya və Milli Birlik Günü” münasibətilə anım proqramı təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə 15 İyul 2016-cı il tarixində baş vermiş uğursuz çevriliş cəhdinə qarşı xalqın və dövlətin göstərdiyi birlik və demokratiya uğrunda mübarizə yad edilib, şəhidlər hörmətlə anılıb.
Tədbirdə ilk öncə Mustafa Kamal Atatürk və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.
Anım mərasimi çərçivəsində çıxışlar, xatirə görüntüləri və digər simvolik tədbirlər keçirilir.