ABŞ NATO-ya 10 milyardlıq silah satacaq


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropalı müttəfiqlərinə silah satışını əhəmiyyətli dərəcədə artıracaq, daha sonra isə bu ölkələr Ukraynaya silah tədarük etməyə başlayacaq. Vaşinqton birinci dalğada NATO müttəfiqlərinə təxminən 10 milyard dollar dəyərində silah satacaq. SİA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Ukraynanın tədarük planına Rusiya ərazisinin dərinliklərinə zərbə endirə bilən uzaqmənzilli raketlər, həmçinin hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri daxil olacaq.

Əlaqəli Xəbərlər