Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Bataynitsa bölgəsində açıq ərazidə yanğın baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları və texnika cəlb olunub. Əməliyyat zamanı 1 yanğınsöndürən xəsarət alıb.
Sakinlər yanğının məişət tullantılarının atıldığı ərazidə başladığını bildiriblər.