“Hər il dünyada Beynəlxalq Yuxu Günü (World Sleep Day) qeyd edilir. Yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur. Orqanlarımızın normal çalışması, sinir sistemimizin normada olması və həmçinin də psixoloji cəhətdən sağlam olmaq üçün vacib amillərdən biri də yuxu rejimimizin qaydasında olmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun sözlərinə görə, günümüzdə ən aktual problemlərdən biri də yuxu pozuntusudur: “Son dövrlərdə yuxu pozuntusundan əziyyət çəkən insanların sayı…
Daha çoxDay: July 15, 2025
Çin “Tuencou-9” yük gəmisini orbitə göndərib
Çin özünün “Tienqon” (Tiangong) kosmik stansiyası üçün növbəti yük gəmisi olan “Tiencou-9”u (Tianzhou-9) orbitə göndərib. SİA xəbər verir ki, kosmik gəmini orbitə qaldıran “Böyük yürüş-7Y10” daşıyıcı raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla saat 5:34-də (Bakı vaxtı ilə 1:34) baş tutub. Buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi daşıyıcı raketdən ayrılıb və təyin olunan orbitə daxil olub. Növbəti mərhələdə gəmi kosmik stansiya ilə birləşəcək. Yük gəmisi hazırda stansiyada olan “Şencou-20” missiyasının astronavtları, habelə oktyabrda onları əvəzləyəcək “Şencou-21” missiyasının astronavtları üçün lazımi təchizat, o cümlədən həyati dəstək materialları, iki yeni “Feytien”…
Daha çoxAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 2,02 % azalaraq 74,06 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,46 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,51 ABŞ dolları və ya 2,03 % azalaraq 72,86 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxKelloq Zelenski ilə bunları müzakirə edib
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı NATO ilə yeni saziş çərçivəsində Kiyevə Amerika silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Kelloq “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Kiyevdə Zelenski ilə ABŞ Prezidentinin Ukraynaya ən yaxşı Amerika silahlarının tədarükünü sürətləndirəcək tarixi NATO sazişini müzakirə etmək üçün görüşdük. Müttəfiqlər tərəfindən tam maliyyələşdirilən saziş tədarükləri sürətləndirir, Ukraynanın müdafiəsini dəstəkləyir, NATO birliyini gücləndirir və güc vasitəsilə sülhə sadiqliyini vurğulayır”, – paylaşımda qeyd olunub. Xatırladaq ki, Kelloq Ukraynaya bir həftəlik səfər…
Daha çoxTrampdan Putin haqda şok sözlər
Mən Putinlə ədalətli müqavilə bağlamaq barədə çox danışıram. Mən hər dəfə telefonu qapayanda deyirəm: “Yaxşı, bu gözəl zəng idi”. Sonra onlar Kiyevə və ya başqa bir şəhərə raket atırlar və mən deyirəm qəribədir və bu, üç-dörd dəfə baş verəndə, bu söhbətlər heç bir məna kəsb etmir. SİA xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə görüşü zamanı bildirib. Onun sözlərinə görə, Putin “dəliqanlı oğlandır” və çox insanı və keçmiş prezidenti aldadıb. “Danışmaq heç nə demək deyil. Siz hərəkətə keçməlisiniz. Nəticələrə çatmalısınız”,…
Daha çoxZelenski Tramp və Rütte ilə Ukraynaya dəstək məsələlərini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. SİA xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb. Bildirib ki, Trampla çox yaxşı söhbət edib və bu söhbət zamanı tərəflər Ukraynaya gələcək dəstəyi, təhlükəsizliyin möhkəmləndirilməsi və ədalətli sülhə nail olunmasının vacibliyini müzakirə ediblər. “Ukraynanı dəstəkləmək və qətlləri dayandırmaq, davamlı, ədalətli sülhün bərqərar olması üçün gələcəkdə birlikdə işləmək istəyinizə görə sizə təşəkkür edirəm”, – deyə Zelenski vurğulayıb. Prezidentin sözlərinə görə, Tramp NATO-nun Baş katibi Mark Rütte ilə görüşündən də danışıb. Zelenski Alyans ölkələri ilə yaxşı münasibətlərin vacibliyini qeyd edib…
Daha çoxİtaliyanın Sardiniya adasında 20 meşə yanğını baş verib
İtaliyanın Sardiniya adasında gün ərzində müxtəlif bölgələrdə daha 20 meşə yanğını qeydə alınıb. SİA xəbər verir ki, alovun söndürülməsinə mülki müdafiə qüvvələri, regional və milli donanmanın helikopterləri və təyyarələri cəlb olunub. Medio Kampidano bölgəsindəki Barumini kəndində yanğın daha geniş əraziyə yayılıb. Sindiya bölgəsinin Nuoro qəsəbəsində isə yanğın hələ də davam edir. Qeyd edək ki, adada şənbə günü 30 meşə yanğını qeydə alınmışdı.
Daha çoxAvropalı liderlər Donald Trampın Rusiyaya qarşı sərt mövqe tutmasını alqışlayıblar
ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rutte ilə mətbuata bəyanatında Ukrayna ilə müharibənin 50 gün ərzində dayandırılmaması təqdirdə, Rusiyanı tariflərlə cəzalandıracağı barədə açıqlaması Avropadakı NATO müttəfiqlərinin liderləri tərəfindən məmnunluqla qarşılanıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə deyib: “Trampın Rusiyaya qarşı sərt mövqe tutması müsbət haldır. Digər tərəfdən, 50 gün çox uzun vaxtdır”. Almaniyanın Kansleri Fridrix Merts də X platformasında etdiyi paylaşımda ABŞ Prezidentinə bu təşəbbüsə görə təşəkkürünü bildirib: “Prezident Tramp bu gün mühüm…
Daha çoxXarkovda gün ərzində üçüncü partlayış baş verdi
Ukraynanın Xarkov şəhərində gün ərzində üçüncü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “İctimai Xəbərlər” nəşri məlumat yayıb. Xarkov vilayətində hava həyəcanı siqnalı verilib. Qeyd edilir ki, bundan öncə Xarkovda iki partlayış baş vermişdi. Partlayışların hava hücumundan müdafiə sisteminin işi ilə əlaqədar olduğu deyilir.
Daha çoxİspaniyada isti hava 1180 nəfərin həyatına son qoydu
2025-ci ilin may-iyul aylarında İspaniyada müşahidə olunan isti hava şəraiti nəticəsində 1180 nəfər həyatını itirib. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir. Rəsmi məlumata əsasən, mayın 16-dan iyulun 13-dək isti dalğalarının yaratdığı ölüm halları ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb: 2024-cü ilin eyni dövründə cəmi 70 belə hadisə qeydə alınmışdı. Xüsusilə iyulun ilk həftəsində iyunla müqayisədə ölüm hallarında 47 faiz artım müşahidə olunub. Qeyd olunur ki, ölənlərin 95 faizindən çoxunu 65 yaşdan yuxarı şəxslər təşkil edir.
Daha çox