Türkiyədən ABŞ-nin Zəngəzur dəhlizi təklifinə münasibət bildirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası ABŞ-nin Zəngəzur dəhlizini idarə etmək niyyətinə dair məlumatlardan xəbərsiz olduğunu bəyan edib. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç bir şərh verə bilmərik”, – deyə Ərdoğanın administrasiyasından agentliyə bildiriblər.

Daha çox

Ukraynanın yeni baş naziri üç əsas vəzifəni elan etdi

Ukraynanın Baş naziri vəzifəsinə namizəd göstərilən Yuliya Sviridenko Ukrayna Prezidenti Vladimir Zelenskiyə göstərdiyi etimada görə təşəkkür edib və ölkə tarixinin ən mühüm anlarından birində xidmət etməyə hazır olduğunu qeyd edib. SİA xəbər verir ki, bu barədə Sviridenko Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Zelenski yenilənmiş Nazirlər Kabineti üçün üç əsas vəzifəni qeyd edib – iqtisadi potensialın gücləndirilməsi, vətəndaşlara dəstək proqramlarının genişləndirilməsi, öz silahlarımızın istehsalını genişləndirmək. “Bu vəzifələr əhəmiyyətli deregulyasiya, istənilən bürokratik maneələrin aradan qaldırılması, qeyri-kritik dövlət xərclərinin azaldılması və dövlət institutlarının funksiyalarının təkrarlanmaması, sahibkarlığın qorunması və dövlət resurslarının Ukraynanın müdafiəsi…

Daha çox

Türkiyə və Oman enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlib

Türkiyə və Oman arasında enerji sektorunda əməkdaşlığa dair Niyyət Memorandumu imzalanıb. Bu barədə SİA Maskatda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir. Türkiyənin Energetika Nazirliyinin rəhbəri Omanın energetika və mineral sərvətlər naziri Salim Nasser əl-Aufi ilə görüş keçirib. “Türkiyə ilə Oman arasında enerji əməkdaşlığı istiqamətində, o cümlədən neft və qaz yataqlarının kəşfiyyatı sahəsində konkret addımlar üçün yol açılıb. Bərpaolunan enerji mənbələrinin potensialının açılması, enerji səmərəliliyinin artırılması və hidrogen enerjisinin inkişafı üzrə də birgə layihələr planlaşdırılır”, – deyə türkiyəli nazir qeyd edib.…

Daha çox

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

İyulun 13-də London yaxınlığındakı Southend hava limanında baş verən təyyarə qəzası nəticəsində dörd nəfər həlak olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Esseks polisinin hadisə ilə bağlı verdiyi açıqlamada ölənlərin hamısının xarici vətəndaşlar olduğu bildirilib. Hadisə bazar günü yerli vaxtla saat 16:00-dan az əvvəl baş verib. 12 metrlik “Beech B200 Super King Air” tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra partlayışla müşayiət olunan qəza baş verib. Şahidlər təyyarənin havaya qalxdıqdan dərhal sonra alışıb yanan bir top kimi partladığını bildiriblər. Qəza nəticəsində təyyarədə olan iki pilot və iki sərnişin həyatını…

Daha çox

Stepaşin Rusiyada demoqrafiya ilə bağlı problemlərdən danışıb…

O qeyd edib ki, ən böyük ailələr Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabardin-Balkar və Tatarıstandadır. Bu respublikalarda adət-ənənələrə riayət olunur və orada “uşaqlar heç vaxt böyüklərini tərk etməzlər”. …O hesab edir ki, maddi dəstək mühüm rol oynayır, lakin bu, ailənin daha güclü və böyük olacağına zəmanət vermir. Ailənin ilk növbədə mənzilə ehtiyacı var. SİA-nın məlumatına görə, Rusiyanın keçmiş baş naziri Sergey Stepaşinin sözlərinə görə, mənzil, maliyyə, tibb, təhlükəsizlik və ailə dəyərləri Rusiya Federasiyasında demoqrafik problemlərin həllində mühüm rol oynayır. O, RİA Novosti ilə söhbətində əhalinin artımı…

Daha çox

Ukrayna Prezidenti Denis Şmıqalı müdafiə naziri vəzifəsinə irəli sürüb

Rustem Umerovun yerinə Ukraynanın Baş naziri Denis Şmıqal yeni müdafiə naziri ola bilər. SİA-xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətinə istinadla məlumat yayıb. Zelenski xatırladıb ki, bu gün o, Baş nazirin birinci müavini Yuliya Sviridenkaya hökumətə rəhbərlik etməyi və onun işini “Ukrayna istehsalına, Ukrayna sahibkarlığına dəstək təcrübəsi əsasında” yeniləməyi təklif edib. “İndiki Baş nazir Denis Şmıqalın nəhəng təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq – məhz bu sahədə hazırda ölkədə maksimum resurslar, maksimum tapşırıqlar və böyük məsuliyyət var”, – deyə Zelenski vurğulayıb. Prezident əlavə edib…

Daha çox

Rusiyada dövlət tərəfindən avtomobil alışı azalıb…

…2025-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə, Rusiyada yerli istehsal edilmiş minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin dövlət alışının həcmi 20,7 milyard rubl təşkil edib, bu, 2024-cü ilin yekunları ilə müqayisədə 15 faiz azalıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti” qəzeti Tender planına istinadən xəbər verir. Dövlət satınalmalarının həcminə görə ilk 3 avtomobil: GAZ – 10,3 milyard rubla avtomobil aldı, Lada- 4,3 milyard rubl, UAZ – 2,3 milyard rubl. “Haval” (1,8 milyard rubl) və “Moskviç” (714,2 milyon rubl) avtomobillərinin dövlət alışlarının həcmi də böyük olub. İlk dəfə olaraq, “Aurus”…

Daha çox

Rusiya şokoladının əsas alıcıları Qazaxıstan və Azərbaycandır…

2025-ci ilin ilk dörd ayında Rusiya şokolad ixracatında əhəmiyyətli artım göstərib. Bunu BMT-nin Comtrade platformasındakı ticarət statistikası məlumatları təsdiq edir. SİA-nın məlumatına görə, bu dövrdə Rusiya şokoladının əsas alıcıları Qazaxıstan, Azərbaycan, Özbəkistan və Çin olub. Qazaxıstan 2024-cü ilin yanvar-aprel aylarında 78,3 milyon dollar dəyərində məhsul alıb, Rusiya şokoladının aparıcı idxalçısıdır. Azərbaycan 23,4 milyon dollara, Özbəkistan 21,4 milyon dollara, Qırğızıstan 14,7 milyon dollara, Gürcüstan isə 8 milyon dollara şokolad alıb. Belarus da yəqin ki, ilk 5 idxalçı sırasında olacaq, lakin 2022-ci ildən ölkə ətraflı ticarət statistikasını dərc etməyi dayandırıb. Bu, onun…

Daha çox

Rusiya “Hörümçək toru”ndan qorxur…

Ruslar aviabazalarda müdafiə strukturları qurmağa başladılar. …Rusiya Ukrayna pilotsuz təyyarələrindən qorunmaq üçün aviabazalarında bunkerlər və beton anqarlar tikməyə başlayıb. SİA-nın məlumatına görə, bunu Frontelligence Insight kəşfiyyat təşkilatının tədqiq etdiyi peyk şəkilləri sübut edir, Müharibə Araşdırma İnstitutu yazır. İyulun 7-də çəkilmiş kadrlara əsasən, Kursk vilayətindəki Xalino aerodromunda torpaq üzlü 10 armaturlu bunker, torpaq örtüyü olmayan 12 beton bunker tipli konstruksiya və anqarlara bənzər 8 bina tikilib. …İyulun 9-na aid görüntülərdə həmçinin Rusiya qoşunlarının işğal olunmuş Krımdakı Saki aviabazasında iki beton bunker tipli konstruksiya və təyyarələr üçün…

Daha çox