İyulun 15-də Çinin Tianjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin iclası keçiriləcək. 2001-ci ildə Rusiya, Çin və Mərkəzi Asiyanın keçmiş sovet respublikaları tərəfindən yaradılan təşkilat Çin və Rusiya, eləcə də Çin və onun digər qonşuları olan ABŞ SSRİ-nin dağılmasından sonra dostluq əlaqələrinin qurulmasında mühüm rol oynayıb. Paradoks ondadır ki, ŞƏT-in populyarlığı təkcə onun üzvlərinin sayının artması ilə deyil, həm də təşkilatın effektivliyinin zəifləməsi ilə nəticələnib. Məsələ burasındadır ki, 2017-ci ildə ŞƏT-ə qəbul olunmuş Hindistan və Pakistan arasında bu yaxınlarda silahlı münaqişə baş verib. İran İsrail…
Daha çoxDay: July 15, 2025
Pakistanda ölənlərin sayı 111-ə çatıb
İyunun son həftəsindən Pakistanda davam edən musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 111 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Milli Fəlakət İdarəsi verdiyi açıqlamada musson yağışlarının Hayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərinə təsirini davam etdirdiyini bildirib. Açıqlamada son 48 saatda yağan yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, 26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayının 111, yaralıların sayının isə 212-yə çatdığı qeyd edilib. Açıqlamada yağıntıların intensivliyinin ölkə daxilində daha da güclənə biləcəyi vurğulanıb və yerli hakimiyyət orqanlarına ayıq-sayıq olmaları barədə…
Daha çoxİraq Federal Ali Məhkəməsinin sədri Azərbaycanda səfərdədir
Ali Məhkəmədə İraq Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov İraqla Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Görüş zamanı ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarından istifadə genişlənir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı şəkildə yenilənir. Məhkəmə sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və…
Daha çoxSabah çimərliklərdə suyun temperaturu 29 dərəcə isti olacaq
Azərbaycanda iyulun 16-da çimərliklərdə zəif cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-29 dərəcə isti olacaq.
Daha çoxNağdsız ödənişlər xərcləmə vərdişinə necə təsir göstərir?
“Nağdsız ödənişlər müasir dövrdə insanların gündəlik maliyyə davranışlarına fərqli təsir göstərməkdədir. Bəzi vətəndaşlar bu ödəniş formasını qənaətcil hesab edir və şəxsi büdcələrini daha səmərəli idarə etmək baxımından üstün tutur. Bu yanaşmanın əsas üstünlüklərindən biri də xərclərin izlənilə bilməsi və uzunmüddətli maliyyə hesabatlarının aparılmasının mümkünlüyüdür ki, bu da şəffaflığın təmin olunmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. Eyyub Kərimli sözlərinə belə davam edib: “Digər tərəfdən, bəzi insanlar nağdsız ödənişlərin fiziki pulun əl altında olmaması səbəbindən daha sərbəst və nəzarətsiz xərclərə səbəb olduğunu düşünürlər. Bu fikir fərdi…
Daha çoxTütün məmulatı idxal və istehsal edən sahibkarların reyestrinin aparılmasına başlanılır
Nazirlər Kabineti “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi”ni və “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması Qaydası”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi Reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Reyestrin ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud)…
Daha çoxAzərbaycanda kənd təsərrüfatının növbəti dəfə siyahıyaalınmasına başlanılıb
Bu gündən Azərbaycanda kənd təsərrüfatı subyektlərinin genişmiqyaslı siyahıyaalınmasına başlanılıb. SİA-nın məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib. “Siyahıyaalınma aqrar sahənin səmərəli idarə olunması və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Proses kənd təsərrüfatında şəffaflığı artırmaqla yanaşı, həm də qərarvermə mexanizmlərinin təkmilləşdirilməsinə və aqrar sahədə innovativ yanaşmaların tətbiqinə əsas yaradacaq”, – deyə o qeyd edib.
Daha çoxMilli parklara səfər edən tursitlərin sayı artıb
Azərbaycanda milli parklara 2025-ci ilin 6 ayı ərzində 87 542 turist səfər edib. SİA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur: “Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”. İ.İbrahimova onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində turistlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və…
Daha çox“15 İyul – Demokratiya və Milli Birlik Günü” münasibətilə anım proqramı keçirilir
15 iyul 2025-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Nuri Paşa Salonunda “15 İyul – Demokratiya və Milli Birlik Günü” münasibətilə anım proqramı təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə 15 İyul 2016-cı il tarixində baş vermiş uğursuz çevriliş cəhdinə qarşı xalqın və dövlətin göstərdiyi birlik və demokratiya uğrunda mübarizə yad edilib, şəhidlər hörmətlə anılıb. Tədbirdə ilk öncə Mustafa Kamal Atatürk və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Anım mərasimi çərçivəsində çıxışlar, xatirə görüntüləri və digər…
Daha çoxPenitensiar xidmətin rəisi bölgələrdə yaşayanlar üçün videoqəbullar keçirib
Ədliyyə Nazirliyi regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə videoqəbullar təşkil edir. SİA-ya Penitensiar xidmətdən verilən məlumata əsasən, regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən Şirvan, Bərdə, Lənkəran, Gəncə, İmişli, Xaçmaz, Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda penitensiar sahə ilə bağlı vətəndaş müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı…
Daha çox