Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 2016-cı il dövlət çevrilişə cəhdinin qarşısının alınmasının növbəti ildönümü ilə bağlı müraciətində deyilir: “Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək”.
Daha çoxDay: July 15, 2025
Ukrayna çoxsaylı vətəndaşlığa icazə verir…
Ukrayna prezidenti Vladimir Zelenski çoxsaylı vətəndaşlığı leqallaşdıran qanunu imzaladığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə ölkə başçısının Telegram-kanalında məlumat verilib. Zelenski vurğulayıb ki, o, qanunun icrası ilə bağlı bütün qanunvericilik aktlarının dərhal işlənib hazırlanması və qəbul edilməsi barədə göstəriş verib. Ukrayna prezidenti əlavə edib ki, çoxsaylı vətəndaşlığa icazə veriləcək ölkələrin siyahısının hazırlanmasına başlanılacaq. Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa bəyan etmişdi ki, ölkədə ikili vətəndaşlığın leqallaşdırılması ilə bağlı Ali Radanın qəbul etdiyi qanuna baxmayaraq, respublikanın məmurları və hakimləri hələ də başqa ölkədən pasport ala bilməyəcəklər. İyunun 18-də…
Daha çoxAzərbaycan və Xorvatiya daşınmaz əmlak qeydiyyatı üzrə təcrübə mübadiləsi aparıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) nümayəndə heyəti Xorvatiyaya səfəri çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində təcrübə mübadiləsi aparıb. SİA xəbər verir ki, ƏMDX məlumat yayıb. Bildirilib ki, Dövlət Xidmətinin nümayəndə heyəti Xorvatiyanın Dövlət Geodeziya İdarəsi, o cümlədən Fiziki Planlama, Tikinti və Dövlət Əmlakı Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyində kadastr və daşınmaz əmlakın qeydiyyatı, torpaqların və dövlət əmlakının idarəedilməsi sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra görüşlər keçirib. Nümayəndə heyəti adıçəkilən dövlət qurumlarının fəaliyyətləri, informasiya sistemləri, eləcə də…
Daha çoxMingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib
Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib. SİA xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.
Daha çox“Dənizə yox, zibilliyə getmiş kimiyik” – Bakı Çimərliklərində Ekoloji Faciə
Azərbaycandakı çimərliklər əsasən Xəzər dənizi sahilində yerləşir və yay aylarında həm yerli əhali, həm də turistlər üçün istirahət mərkəzi kimi geniş istifadə olunur. SİA mövzu ilə bağlı araşdırma aparıb. Əsas bölgələr və çimərlik istiqamətləri Azərbaycanda çimərliklər əsasən Bakı və Abşeron yarımadası, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz bölgələrində yerləşir: 1. Bakı və Abşeron: • Bilgəh – təmiz suyu və sakitliyi ilə seçilir. • Novxanı – ən çox ziyarət edilən, geniş çimərlik zolağına malik ərazidir. • Pirşağı – tarixən məşhur istirahət zonasına çevrilib. • Şüvəlan, Buzovna, Mərdəkan – ailəvi istirahət…
Daha çoxBir qrup türk iş adamı Azərbaycanda işgüzar səfərdədir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Türk Ticarət Mərkəzinin vasitəçiliyi ilə Azərbaycanda işgüzar səfərdə olan bir qrup iş adamı ilə görüş keçirilib. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, Türkiyədə tekstil, inşaat, İKT, istehsal (mebel, lift, qida), o cümlədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilən görüş zamanı ölkəmizdə investisiya qoyuluşlarının dəstəklənməsi sahəsində vergi və gömrük inzibatçılığına dair məsələlər müzakirə edilib. Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes nümayəndələrinin vergi qanunvericiliyinə dair suallarını cavablandırıb, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi…
Daha çoxAzərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, sözügedən Anlaşma Memorandumu 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb. Dövlət başçısının imzaladığı digər Qanunla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun…
Daha çoxTrampın ultimatumu Moskvada çaşqınlığa səbəb olub…
Kreml və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri bəyanatlarında çaşqınlıq içindədirlər… ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sərt təhdidləri Kreml üçün əsl şok olub. SİA-nın məlumatına görə, Dialoq.UA yazır ki, Rusiya hakimiyyəti şərh verməyə tələsdi, lakin vahid xətt hazırlaya bilmədi – Trampın ritorikası Moskvanı açıq-aşkar təəccübləndirdi. Kremlin sözçüsü Dmitri Peskov Trampın bəyanatının Moskvanı sarsıtdığını ilk etiraf edib. Onun sözlərinə görə, Amerika prezidentinin bəyanatları “çox ciddi” qəbul edilməlidir və Kreml onların “hərtərəfli təhlilini” aparacaq. …Şübhəsiz ki, Vaşinqtonda deyilənləri təhlil etmək üçün vaxta ehtiyacımız var. Əgər prezident…
Daha çox“Bu təkcə jurnalistlərin deyil, həm də xalqın bayramıdır”
“Bu 150 ili Azərbaycan milli mətbuatının keçib gəldiyi yolu çox şərəfli bir yol hesab eləmək olar. Çünki bu yolun başlanğıcını çox müqəddəs Azərbaycançı mütəfəkkir Həsən bəy Zərdabi qoyub və “Əkinçi” qəzeti ilə bizim milli jurnalistika sistemimizin rəsmi əsasını yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı deyib. Onun sözlərinə görə, təkcə Azərbaycan milli mətbuatına ismət təsirləri olmayıb, eyni zamanda Rusiya türklərinin də həyatında rolu olub: “Cəmiyyətin kamilləşməsində, dirçəlişində, inkişafında, millətləşmə sürəcində həmişə Azərbaycan mətbuatı müsbət sənədlərlə çıxış…
Daha çoxQarabağ və Şərqi Zəngəzura I yarımildə avtobusla 34 minə yaxın insan səfər edib
Bu ilin I yarısında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müntəzəm avtobus marşrutları ilə 33,5 min insan səfər edib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzura 3 475 avtobus reysi həyata keçirilib. Bundan başqa, 6 ayda 1 milyon 342 min 921 nəfər www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan istiqamətlərində səfər edib. Bu,ötən ilin ümumi göstəricisi ilə müqayisədə 2 dəfədən çox artım…
Daha çox