Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Arakçi Çində Şanxay Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Arakçının görüşdüyü bildirilib. Görüş zamanı regional və beynəlxalq məsələlərin müzakirə olunduğu, iki nazirin İranın nüvə proqramı ətrafında yaranmış böhranı dəyərləndirdiyi vurğulanıb.
Daha çoxDay: July 15, 2025
Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 23ölkədən 2 milyard 940,2 milyon ABŞ dolları dəyərində 30 min 875 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib. SİA-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyadan 439,3 milyon ABŞ dolları dəyərində 4 min 753 kiloqram (1 il əvvəl tədarük olmayıb), Avstraliyadan 354,7 milyon ABŞ…
Daha çoxNATO Dnestryanıya hücuma hazırlaşır
NATO ordusu Dnestryanı bölgəyə hücum planı hazırlayıb. Bunu Pridnestroviya Moldova Respublikasının (PMR) Ali Şurasının deputatı Andrey Safonov deyib. Siyasətçinin fikrincə, indiki vəziyyət Qərb və Rumıniya qoşunlarının Moldovaya daxil olmasına zəmin yaradır, əgər “Ukraynanın cənubuna ingilis-fransız qoşunlarının Odessanı, Nikolayevi və s.-i tutmaq üçün mümkün müdaxiləsini nəzərə alsaq”. Safonov həmçinin deyib ki, NATO “şübhəsiz” Dnestryanıya hücum planı hazırlayıb. Lakin onun fikrincə, Qərb PMR üçün fərqli ssenari hazırladığından bu hücum planının indi həyata keçirilməsi çətin ki. Mühasirəyə alın və onları təslim olmağa məcbur edin, – Safonov yekunlaşdırıb. Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey…
Daha çox“Yaşlılara münasibət özümüzlə olan münasibətimizin güzgüsüdür”
“Ətrafımızdakı yaşlı insanları göz önünə gətirdikdə görürük ki, kitabın müəllifi sanki illərlə onlarla birgə yaşamış, onların gündəlik həyatlarını, hisslərini, düşüncələrini dərindən müşahidə etmişdir. Obrazlar o qədər dəqiq və canlı təsvir olunub ki, sanki bu insanları şəxsən tanıyırıq. Müəllifin müşahidə qabiliyyəti, empatiya bacarığı və yaşlı nəslə olan duyğusal bağlılığı oxucuya da sirayət edir. Bu cür obrazlar yalnız uzaqdan baxmaqla deyil, uzun müddət birgə yaşamaqla, hər gün onların dünyasına bir az da yaxınlaşmaqla yaradıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, bəzən insanlar müraciət edirlər, deyirlər: “Aytən…
Daha çoxAzərbaycanda kirayə mənzil fonduna daha 206 mənzil əlavə olunub
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində daha 206 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. SİA Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün iyulun 22-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçidvasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit…
Daha çoxSİA-nın yaranmasının 17 illiyi münasibətilə yığıncaq keçirilib
Bu gün “Səs” qəzetinin redaksiyasında “Səs” İnformasiya Agentliyinin yaranmasının 17 illiyi münasibətilə yığıncaq keçirilib. SİA xəbər verir ki, mərasimi giriş nitqi ilə açan SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev açaraq bildirib ki, “SƏS” İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 17 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib. Bəhruz Quliyev deyib ki, SİA 1991-ci ildən fəaliyyət göstərən “SƏS” qəzetinin bazasında yaradılıb: “Daim dövlətə, dövlətçiliyə, azərbaycançılıq ideologiyasına xidmət etməyə çalışmışıq. Ulu öndər Heydər Əliyev həmişə “SƏS” qəzeti haqqında seçilən fikirlər səsləndirib, qəzetin fəaliyyətini yüksək qiymətləndirib. Ümummilli lider…
Daha çoxBəzi rayonlara leysan yağacaq – XƏBƏRDARLIQ
Azərbaycanda iyulun 16-19-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.
Daha çoxAzərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək
Sabah Hanoy şəhərində Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının birinci iclası və Azərbaycan-Vyetnam Biznes Forumu, iyulun 17-də isə İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək. SİA bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tədbirlər zamanı iki ölkə arasında ticarət-iqtisadi, energetika, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması, iqtisadi və ticari münasibətlərin mövcud vəziyyətinin və investisiya imkanlarının müzakirə edilməsi nəzərdə tutulur. Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Diendir.
Daha çoxOrbanın Aİ-dən tələbi
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını ukraynalıların orduya məcburi çağırılmasına qarşı tədbir görməyə çağırıb. O, bunu Macarıstanın “Origo” nəşrinin jurnalisti ilə söhbətində deyib. “Ukraynanın Avropa İttifaqına üzvlüyünə uyğunluğu barədə çıxışlar edə bilməzsiniz və ertəsi gün məcburi hərbi xidmət zamanı döyülərək öldürülən insanları dəfn edə bilməzsiniz”, – Orban deyib. O əlavə edib ki, Macarıstan hökuməti vəziyyəti izləyir və hərbi çağırış zamanı macar kişilərin hansı ailələrdən aparıldığını bilir. Orban ölənlərin və yetimlərin sayını bildiyini vurğulayıb. Bununla bağlı o, Brüsseli məsələyə müdaxilə etməyə və “məcburi səfərbərlik” praktikasını dayandırmağa çağırıb. Orbanın qeyd etdiyi…
Daha çoxSon üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin aprel, may və iyun ayları ərzində ümumilikdə 3377 zəng daxil olub. Bu barədə SİA-ya Ombudsman Aparatından məlumat verilib.
Daha çox