Penitensiar xidmətin rəisi bölgələrdə yaşayanlar üçün videoqəbullar keçirib

Ədliyyə Nazirliyi regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə videoqəbullar təşkil edir. SİA-ya Penitensiar xidmətdən verilən məlumata əsasən, regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən Şirvan, Bərdə, Lənkəran, Gəncə, İmişli, Xaçmaz, Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda penitensiar sahə ilə bağlı vətəndaş müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı…

Daha çox

“Biz multikultural cəmiyyətik və ənənələri yaşatmaq bizim borcumuzdur”

“Yardımlaşma, filantropiya və bölüşmə mədəniyyəti Azərbaycan cəmiyyəti üçün həmişə xarakterik olub. Azərbaycan xalqı multikultural bir cəmiyyətdir. Cəmiyyətimiz həmişə bir-birinə dayaq durub”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, hələ orta əsrlərdə Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi deyirdi: “Bizdə bərabərdir hamının barı, bərabəri; bölərik bütün malları. Bizdə artıq deyil, bizdə ağlayana heç kimsə gülməz”. “Bu da göstərir ki, orta əsrlərdən bu yana Azərbaycanda həmişə filantropik dəyərlər, paylaşma və bölüşmə mədəniyyəti mövcud olub. Bu, həm İslama qədərki dövrdə, həm də İslam dövründə özünü göstərib. Dədə Qorqud…

Daha çox

Zəfər xalqımızındır, zəfər Türkiyənindir”

“Bu gün burada – 15 İyul Demokratiya və Milli Birlik Gününün doqquzuncu ildönümündə – bir araya gəlmişik. 15 iyul ölkəmizin yaxın tarixində çox önəmli dönüş nöqtəsi olmuş, demokrasiyamıza və milli birliyimizə qarşı həyata keçirilən xain hücum xalqımızın qətiyyəti, cəsarəti və demokratik dirənişi sayəsində dəf edilmişdir”. SİA xəbər verir ki, bu sözləri 15 iyul Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib. Onun sözlərinə görə, 15 iyul – dövlətçiliyimizin, azadlığımızın və milli iradənin müdafiə olunduğu bir tarixdir. Təəssüf ki, həmin gecə dövlət qurumları hədəfə…

Daha çox

DSMF-nin xərcləri 3 milyard 744 milyon manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 7 faiz və ya 244 milyon manat çox olmaqla 3 milyard 963 milyon manat təşkil edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 237 milyon manat artaraq 3 milyard 146 milyon manat olub. Bu ilin 6 ayında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən…

Daha çox

17 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

Bu gün Səs İnformasiya Agentliyinin (SİA) 17 yaşı tamam olur. Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri – “Səs” Media Qrupuna daxil olan Səs İnformasiya Agentliyi 2008-ci il iyulun 15-də təsis edilib. Fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən SİA-nın ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə onlayn xəbər xidməti göstərir və ictimai-siyasi, iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır. Agentlik…

Daha çox

Paşinyan-Makron görüşünün təfərrüatları məlum olub

Paşinyanla Makronun Parisdə söhbətinin əsas mövzusu regional əhəmiyyətli məsələlər olub. Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə aparılan müzakirələrin nəticələrini Fransa prezidenti Emmanuel Makrona təqdim edib. Bu barədə Yelisey sarayında keçirilən iclasın yekunlarına dair Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Bundan əvvəl Paşinyan Brüsseldə Ursula fon der Leyen və Antonio Kosta ilə üçtərəfli görüşdə iştirak edib. Paşinyanla Makronun Parisdə söhbətinin əsas mövzusu regional əhəmiyyətli məsələlər olub. Təbriklər də yer alıb. Ermənistanın baş naziri “Makronu Fransanın milli bayramı münasibətilə ürəkdən təbrik edib”, Fransa prezidenti isə “Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə sadiqliyini vurğulayıb”.…

Daha çox

Azərbaycanda milli parklar ölkə ərazisinin təxminən 11%-ni təşkil edir

Azərbaycanda yeni milli parkların – Axar-Baxar və İlisu milli parklarının yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib. SİA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu qərar Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir: “Yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən…

Daha çox

Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğunda 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu…

Daha çox

Nazir Anar Əliyev Daşkəsəndə vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyulun 25-də Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayonlarının sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Vətəndaşlar 15 – 17 iyul tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Daha çox

Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Slovakiya Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır. Bu barədə SİA Slovakiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir. “Azərbaycanla əməkdaşlığın genişləndirilməsində əsas prioritetlər: Slovakiya şirkətlərinə fəal dəstək, Azərbaycanda fəxri konsulluğun açılmasına hazırlıq və iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsidir”, – qurumdan qeyd edilib. Eyni zamanda, bildirilib ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar bu ölkənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Elçin Qasımovla görüşüb. Görüş zamanı nazir vurğulayıb ki, Slovakiya Azərbaycanla münasibətlərin dərinləşdirilməsində qarşılıqlı maraq görür: “Ötən il Azərbaycan və Slovakiya arasında ikitərəfli əməkdaşlıq əhəmiyyətli dərəcədə güclənib. Slovakiyanın Baş nazirinin Bakıya səfəri…

Daha çox