Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günüdür. SİA xəbər verir ki, doqquz il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Demokratiya və Milli Birlik Günü Türkiyədə rəsmi tətildir. Qeyd edək ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhd prosesinə…
Daha çoxDay: July 15, 2025
ABŞ NATO-ya 10 milyardlıq silah satacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropalı müttəfiqlərinə silah satışını əhəmiyyətli dərəcədə artıracaq, daha sonra isə bu ölkələr Ukraynaya silah tədarük etməyə başlayacaq. Vaşinqton birinci dalğada NATO müttəfiqlərinə təxminən 10 milyard dollar dəyərində silah satacaq. SİA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Ukraynanın tədarük planına Rusiya ərazisinin dərinliklərinə zərbə endirə bilən uzaqmənzilli raketlər, həmçinin hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri daxil olacaq.
Daha çoxFHN əhaliyə müraciət edib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində havaların isinməsi ilə əlaqədar yanğınların başvermə və sürətlə yayılma təhlükəsi var, həmin ərazilərdə çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini çətinləşdirir. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində qeyd edilib. Bildirilib azad olunmuş ərazilərdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər: “Təəssüflə qeyd olunmalıdır ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində müxtəlif istiqamətlərdə açıq…
Daha çoxQızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,46% dolları artaraq 3 374,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,44% azalaraq 38,57 ABŞ dolları olub.
Daha çoxBaş Prokurorluq Ağdamda regional konfrans keçirir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda regional konfrans təşkil olunub. SİA xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə prokurorluq orqanları tərəfindən təşkil olunan silsilə tədbirlərin davamı olaraq, bu gün Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir. Konfransda 10-a yaxın regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri…
Daha çoxNəsimi və Suraxanının bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Azəriqaz”dan SİA-ya verilən məlumata görə, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. “Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunur.
Daha çoxTəbii qaz yenidən ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,2% azalaraq 3,442 ABŞ dolları təşkil edib.
Daha çoxVəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşovla növbəti dəfə görüş keçirib. Kollegiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Səbuhi Göyüşovun birillik fərdi inkişaf planı ətrafında aparılan işlər qiymətləndirilib, görülən tədbirlər və onların hazırkı vəziyyəti müzakirə olunub. Bundan başqa, fərdi inkişaf proqramına uyğun olaraq kollegiyanın həyata keçirdiyi əlavə tədbirlər, eləcə də, onun peşəkar inkişafına dəstək verəcək digər layihələr barədə fikir mübadiləsi aparılıb, hər iki tərəf qarşılıqlı təkliflərini bölüşüb. Səbuhi Göyüşov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində VK-nın sədri Anar…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyulun 14-də ABŞ fond bazarlarında indekslərdə əsasən artım müşahidə edilib. SİA-nın məlumatına görə, Dow Jones indeksi 0,20% artaraq 44 459,65 bəndə, S&P 500 indeksi 0,14% artaraq 6 268,56 bəndə, Nasdaq Composite isə 0,27% artaraq 20 640,33 bəndə yüksəlib. NYSE Composite indeksi 0,16% artaraq 20 581,45 bənd təşkil edib. Kanadanın S&P/TSX Composite indeksi isə 0,65% artaraq 27 198,86 bənd olub. Avropa fond bazarlarında isə qarışıq tendensiya müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,23% azalaraq 5 370,85 bəndə, Almaniyanın DAX indeksi 0,39% azalaraq 24 160,64 bəndə, Fransanın CAC 40 indeksi isə 0,27%…
Daha çoxXİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “15 iyul 2016-cı il – qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anırıq. Qəhrəman Türk xalqının birliyi və iradəsi sayəsində yazılan bu dastan sülhə, sabitliyə və ortaq dəyərlərin qorunmasına verilən töhfədir. Demokratiya və Milli Birlik Gününüz mübarək, əziz Türkiyə”.
Daha çox