Qərbin təzyiqi və ABŞ prezidenti Donald Trampın təhdidləri Rusiya lideri Vladimir Putini Ukraynada xüsusi hərbi əməliyyatı (SMO) dayandırmağa məcbur etməyəcək.
SİA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
…Putin hesab edir ki, heç kim Ukraynada sülhün təfərrüatlarını onunla, o cümlədən amerikalılarla ciddi müzakirə etməyib, ona görə də istədiyinə nail olana qədər davam edəcək.
Bunu agentliyin mənbəsi bildirib.
Mənbələrdən birinə görə, Rusiya prezidenti öz ölkəsinin məqsədlərini “Qərbin təzyiqi nəticəsində yarana biləcək hər hansı iqtisadi itkilərdən daha vacib hesab edir”.
Agentliyin məlumatına görə, Putin Rusiya iqtisadiyyatının sabitliyinə əmindir. Nəşr qeyd edir ki, qoşunları irəlilədikcə və Ukrayna zəiflədikcə Rusiyanın əraziyə olan tələbləri arta bilər.
Bundan əvvəl Amerika lideri 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik rüsumlar tətbiq edəcəyi ilə hədələyib.
Əli Babayev