Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Arakçi Çində Şanxay Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Arakçının görüşdüyü bildirilib.
Görüş zamanı regional və beynəlxalq məsələlərin müzakirə olunduğu, iki nazirin İranın nüvə proqramı ətrafında yaranmış böhranı dəyərləndirdiyi vurğulanıb.