İsrail söz verdi

İsrail ABŞ prezidenti Donald Tramp administrasiyasının tələbindən sonra Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib. SİA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Qeyd edək ki, bundan öncə İsrail qüvvələri Suriyanın cənubunda hərbi obyektlərə zərbələr endirmişdi.

Daha çox

Zelenski çoxsaylı vətəndaşlığa icazə verdi

Ukrayna Prezidenti Volodimir Zelenski çox vətəndaşlıq haqqında qanunu imzalayıb. SİA xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, müəyyən şərtlər daxilində ukraynalılar eyni zamanda iki və ya daha çox ölkənin vətəndaşlığına sahib ola biləcəklər. Bundan əlavə, digər ölkələrin vətəndaşları olan Ukrayna mənşəli şəxslər üçün də sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ təmin edilir. Yeni qanun Ukraynada hərbi xidmət keçən əcnəbilər üçün vətəndaşlıq əldə etmək prosedurunu sadələşdirir.

Daha çox

Bu gün 40 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var.…

Daha çox

Üç ölkə İrana avqustun sonunadək vaxt verdi

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya İranla nüvə sazişinin əldə olunması üçün son tarix kimi avqustun axırını təyin etmək qərarına gəliblər. SİA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri bazar ertəsi telefon danışığı zamanı bu barədə razılığa gəliblər. Nəşr yazır ki, əgər bu müddətə qədər razılıq əldə olunmazsa, Tehran sərt sanksiyalarla üzləşə bilər. Belə ki, üç Avropa ölkəsi 2015-ci il İran razılaşmasının bir hissəsi olaraq BMT Təhlükəsizlik Şurasının ləğv etdiyi bütün sanksiyaların…

Daha çox

Macarıstan ciddi meyvə qıtlığı ilə üzləşib

Macarıstan bu mövsüm ciddi meyvə məhsulu çatışmazlığı ilə üzləşib və bu, qiymətlərin artmasına və ixracın azalmasına səbəb olub. Ölkənin Meyvəçilər Assosiasiyasının məlumatına görə, yaz şaxtaları, quraqlıq və qəfil temperatur dəyişikliyi ərik, şaftalı və alma məhsuluna xeyli ziyan vurub. Bəzi rayonlarda itkilər məhsul həcminin 60-80 faizinə çatıb. SİA Assosiasiyanın hesabatına istinadla xəbər verir ki, mərkəzi və şimal-şərq rayonları xüsusilə zərər çəkib. Burada meyvə bağlarının əhəmiyyətli hissəsi aprel ayından etibarən donma təhlükəsi ilə üzləşib. Yay da anomal isti və quru keçib ki, bu da vəziyyəti daha da ağırlaşdırıb. Fermerlərin sözlərinə görə, bir…

Daha çox

Fransada kilsəyə qarşı vandalizm aktı törədilib

Fransanın Pireney-Atlantik departamentində yerləşən kilsəyə qarşı vandalizm aktı törədilib SİA “Figaro”ya istinadla xəbər verir ki, səhər kilsəyə gələn keşiş ibadət yerinə böyük həcmdə tullantı atıldığını görüb. Hadisə bazar günü baş versə də, ötən gün axşam saatlarında ictimailəşdirilib. Din xadiminin jurnalistlərə bildirdiyinə görə, tullantı o qədər çox olub ki, üstündən keçmək mümkün olmayıb. Məsələ ilə bağlı polisə məlumat verilib.

Daha çox

“Euronews” Xankəndidə Zirvə Görüşü ilə bağlı xüsusi reportaj hazırladı

“Euronews” telekanalı İqtisadi Əməkdaşlıq Təşkilatının iyulun 3-4-də Xankəndidə keçirilən 17-ci Zirvə Görüşü ilə bağlı xüsusi reportaj hazırlayıb. SİA xəbər verir ki, reportajda qeyd olunur ki, Zirvə Görüşündə liderlər əsas diqqəti üzv dövlətlər və dəvət olunmuş ölkələr arasında ticarət, nəqliyyat dəhlizləri və regional əlaqələrin gücləndirilməsinə yönəldiblər. İƏT-in Baş katibi Əsəd Məcid Xan bildirib ki, sammitdə nəqliyyat dəhlizlərinin inteqrasiyasının inkişafı üçün prioritetlər müəyyən edilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov regional bazarların birləşməsində ölkənin rolunu vurğulayıb. Pakistan nümayəndə heyəti sammitin diplomatik potensialına, Nigeriya nümayəndəsi isə çoxtərəfli əməkdaşlığa diqqət çəkib. Yekun bəyannamədə ticarət maneələrinin…

Daha çox

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı “sabitliyi pozan fəaliyyətlərə” görə doqquz şəxsə və altı təşkilata qarşı yeni anti-Rusiya sanksiyaları tətbiq edib. SİA xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilir. Sanksiyalar Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsini, BRİKS Jurnalistləri Assosiasiyasını, Geosiyasi Ekspertiza Mərkəzini və Baltik Donanmasının 841-ci Elektron Müharibə Mərkəzini hədəfləyir. Bundan əlavə, sanksiya siyahısına bir neçə hərbçi, Avstraliya və Rusiya vətəndaşlığı olan bir bloger və iki Moldova vətəndaşı daxil edilib.

Daha çox

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb

Hazırda Qazaxıstanın dəmir yolları ötürücülük qabiliyyəti normasında fəaliyyət göstərir. Bunu ölkənin Baş naziri Oljas Bektenov bildirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, son 5 ildə ümumi tranzit həcmi 50 faiz artıb, Trans-Xəzər marşrutu üzrə isə 6 dəfə çoxalıb. Təkcə ötən il Çindən Avropaya daşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Hazırda Çinlə sərhəddə dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üçün genişmiqyaslı işlər aparılır. “Bu il Dostıq–Moyıntı dəmir yolu xəttində ikinci yolu və Almatı ətrafında dairəvi yolu istifadəyə verəcəyik. Gələn il isə Darbaza–Maxtaral xəttinin inkişafını davam etdirəcəyik. Moyıntı–Kızıljar, Baxtı–Ayaqoz…

Daha çox