Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, həmin vasitələrdən 4,5 mindən çoxu təkərli oturacaq (o cümlədən 44-ü mühərrikli təkərli oturacaq), 1,3 mini aşağı və yuxarı ətraf protezi, 3,3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 5,1 min cüt protez və ortopedik ayaqqabı, 346 eşitmə aparatı, 285 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Eyni zamanda bu ilin 6 ayında əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.