Bank “BTB” ASC müştərilərini isti yay günlərində sevindirəcək yeni kampaniyasını təqdim edir! Lombard krediti məhsulu üzrə “Yayın Sərin Kampaniyası” çərçivəsində vətəndaşlar 100 000 AZN-dək krediti 0% komissiya ilə əldə edə biləcəklər. SİA xəbər verir ki, kampaniya çərçivəsində müştərilər Banka qızıl zinət əşyalarını təqdim etməklə yüksək məbləğdə və sərfəli şərtlərlə lombard kreditinin rəsmiləşdirilməsi və nağdlaşdırılması zamanı heç bir komissiya ödəməyəcəklər. Əlavə üstünlük müştərilər 1 aydan 48 ayadək zəruri olan vəsaiti əldə etmək imkanı qazanacaqlar. Kredit rəsmi iş yeri olmadan, tək şəxsiyyət vəsiqəsi ilə təqdim olunur. Məqsədimiz – müştərilərimizin həm maliyyə ehtiyaclarını operativ şəkildə qarşılamaq, həm də yay aylarını rahat və bərəkətli keçirmələrinə dəstək olmaqdır. Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 4400946 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.