Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38, bəzi yerlərdə 40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda Aran rayonlarında 36-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.
Daha çoxDay: July 16, 2025
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncam verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Atasığorta” və “A-Qroup Sığorta” ASC-lərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
Daha çoxİrəvan imtina edir, yoxsa..?
ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına maneələrin aradan qaldırılması üçün Zəngəzur dəhlizi adlanan 32 km-ni icarəyə verməyə hazırdır. Lakin bu təklif regionda hələ də dəstək tapmayıb. Azərbaycan bu ideyaya məhəl qoymayıb və Ermənistan hakimiyyəti ABŞ-ın təklifini qəbuledilməz adlandırıb. “32 km yol mübahisə edirlər, amma bu xırda şey deyil. 10 ildir davam edir – 32 km yol… Və belə olur: Amerika müdaxilə edir və deyir: “Yaxşı, özümüzə alacağıq. Bizə 100 il müddətinə 32 km yol verin, hamınız bundan istifadə edə biləcəksiniz”, –…
Daha çoxQəzzada ölənlərin sayı 58 573 nəfərə çatıb
İsrailin 7 oktyabr 2023-cü ildən soyqırımını həyata keçirdiyi Qəzzada həyatını itirənlərin sayı 58 min 573, yaralıların sayı isə 139 min 607-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına intensiv hücumları nəticəsində ölən və yaralananların sayı artmaqda davam edir. Fələstin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumların sayı ilə bağlı son rəqəmləri açıqlayıb. Bəyanatda Qəzza zolağında son 24 saatda xəstəxanalara 94 ölü və 252 yaralının gətirildiyi, onlardan yeddisinin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslər olduğu bildirilib. İsrailin martın 18-də…
Daha çoxŞəhər həyatı və kənd həyatı: sosial və psixoloji fərqlər
Müasir dövrdə insanların yaşadığı coğrafi mühit onların sosial davranışlarına, psixoloji sağlamlığına və həyat tərzinə birbaşa təsir göstərir. Bu baxımdan şəhər həyatı ilə kənd həyatı arasında həm sosial struktur, həm də psixoloji vəziyyət baxımından əhəmiyyətli fərqlər müşahidə olunur. Hər iki yaşayış mühiti özünəməxsus üstünlüklər və çatışmazlıqlarla xarakterizə olunur və fərqli həyat tərzlərini formalaşdırır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Sosial mühit və ictimai əlaqələr Kənd həyatında insanlar arasında münasibətlər daha sıx, birbaşa və kollektiv xarakter daşıyır. Qohumluq əlaqələri, qonşuluq münasibətləri və qarşılıqlı yardım prinsipləri kənd mühitində daha güclü şəkildə qorunur. Bu,…
Daha çoxİsrail ordusu Dəməşqdə zərbə endirdi
İsrail ordusu Dəməşq bölgəsində Suriya hərbi qərargahının binasına hücum edib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bəyanatda bildirilib ki, hava zərbələrinin məqsədi qərargah ərazisinə daxil olmaq olub. Qeyd edilib ki, İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir. Həmçinin, İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcəyini açıqlayıb.
Daha çoxSaleh Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək
İyulun 18-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Xaçmaz və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Xaçmaz rayonu “4 №-li Yol İstismarı” və Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Daha çoxPaşinyan Zəngəzura “HƏ” dedi, – Rusiya tətikdədir…
Mətləb Salahov: “Paşinyanın Brüssel səfərindən sonra Ermənistanda həlledici proseslər başlayacaq” “Ermənistanın baş naziri Nikol Paşinyanın son Brüsselə səfəri və orda qəbul edilən qərarlar o deməkdir ki, Ermənistan daxilindəki revanşistləri və Moskvaya bağlı qüvvələri “təmizləyən” hakimiyyət başçısı, həm də parlament seçkilərinə qədər həlledici addımlar atmağı planlaşdırır. Bura Azərbaycanla sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması, İrəvanın bölgədəki mühüm infrastruktur layihələrə qoşulması kimi aktual məsələlər daxildir”. Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. M.Salahov vurğulayıb ki, Ermənistandakı sülh əleyhdarlarını, əsasən də “çörəyi” Qarabağ kartından çıxan revanşistləri zərərsizləşdirməyə və erməni ictimai rəyində mövqelərini…
Daha çoxZərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı
Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 150 illiyini qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Mətbuatımızın qaranquşu olan “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb.…
Daha çoxAzərbaycan Vyetnam ilə bərpa olunan enerji sahəsinə dair sənəd imzalayıb
Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Sənəd, Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və biznes forumu çərçivəsində imzalanıb. Bildirilib ki, Hanoyda Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long, AZPROMO, KOBIA , Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin biznes dairələrinin iştirakı ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və biznes forumu keçirilib.…
Daha çox