Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Bakıdakı Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Xalq Məsləhətinin sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı…
Daha çoxDay: July 16, 2025
İngiltərədə bir tələbə böyük bir kəşf etdi
İngiltərədə bir universitet tələbəsi 145 milyon illik fosil aşkar edərək, ilk məməlilərin dinozavrların hökmranlığından necə sağ qaldığını və ekoloji boşluqları doldurduğunu ortaya qoyub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Portsmut Universitetinin paleontologiya tələbəsi Benjamin Veston, Dorsetdəki Durlston körfəzinin qayalıqlarında tarla işləri apararkən 16,5 mm uzunluğunda alt çənə qalığı ilə qarşılaşıb. Onun kiçik, çıxıntılı arxa dişləri ilə tanınan multituberculates kimi tanınan qədim məməlilər qrupuna aid olduğu müəyyən edilib. Yeni növə “Novaculadon mirabilis” adı verilib. “Novacula” heyvanın ülgüc kimi iti arxa dişlərinə, “mirabilis” isə müstəsna dərəcədə yaxşı qorunmuş fosilə aiddir. Fosilin…
Daha çox“Zorakılıq cins tanımır”
“Cəmiyyətdə formalaşmış stereotiplər: “Kişi dözər”, “kişi ağlamaz”, “kişi zəif ola bilməz” kimi yanaşmalar onların zorakılığa məruz qaldığını etiraf etməsinə mane olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Yardım istədikdə ciddi qəbul olunmamaq və ya lağ mövzusuna çevrilmək qorxusu. Ailə içi emosional gərginlik, uzun müddət yığılmış aqressiya və stress. Həm qadının, həm kişinin keçmişində yaşadığı travmalar, özünü ifadə edə bilməmək, emosional nəzarətsizlik. İqtisadi sıxıntılar, sosial təzyiqlər və rol dəyişmələri (məsələn, qadının ailədə daha dominant rol alması) qarşıdurmaları artıran faktorlar ola bilər. Hər iki…
Daha çoxQardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq
İyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək qeyd edib ki, Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələri inkişaf edir və bu əlaqələr daha da güclənir. İki ölkə bir çox sahələrdə uğurla əməkdaşlıq edir və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Görüşdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində əldə edilən bir çox nailiyyətlər barədə danışılıb, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qurbanqulu Berdiməhəmmədov çıxış edərək Azərbaycan Respublikasına…
Daha çoxAlmaniya silahlanır
Müdafiə naziri Vaşinqtondan ölkəsi və Ukrayna üçün silah istəyib Almaniyanın müdafiə naziri Boris Pistoriusun Vaşinqtonda apardığı danışıqlar konkret nəticələr verib: Ukrayna alman pulu ilə iki Patriot hava hücumundan müdafiə sistemi alacaq. Eyni zamanda, Berlin üçün Bundesverə silah tədarükü üçün yeni müqavilələr və Amerika kontingentinin Almaniyada saxlanılması ilə bağlı əsas məsələlər pərdə arxasında qalıb. Lakin bütün dünya Pistoriusun “rus əsgərlərini öldürməyə” hazır olması barədə bəyanatını eşidib və bu, Moskvanın dərhal reaksiyasına səbəb olub: Kreml birbaşa olaraq Almaniyanın hərbi təhlükəsinin geri qayıtdığını bəyan edib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun Vaşinqtona səfərini əminliklə…
Daha çoxKüləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə SİA-ya Xidmətdən bildirilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daha çoxİlin ilk altı ayında 200-dən çox şəxs Azərbaycana readmissiya edilib
Bu ilin ilk yarısında Dövlət Miqrasiya Xidməti (DMX) 219 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib. Bu barədə SİA-ya Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.
Daha çoxSabah çimərliklərdə suyun temperaturu 28 dərəcə isti olacaq
Azərbaycanda iyulun 17-də çimərliklərdə şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Daha çox“Böyük Qayıdış sadəcə şüar deyil,…”
“Xocalı rayonunun Xan yurdu və Təzəbinə kəndlərinə ilk köçün həyata keçirilməsi Azərbaycan dövlətçiliyi, xalqımızın milli iradəsi və Böyük Qayıdış strategiyası baxımından olduqca mühüm və simvolik əhəmiyyət daşıyır. Bu gün biz yalnız bir köç prosesindən danışmırıq – bu, bütöv bir xalqın 30 illik həsrətinə son qoyması, tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətin bərpasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Xocalının kəndləri müasir infrastruktur, təhlükəsizlik və sosial…
Daha çoxLeyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı Oquldjaxan Atabayeva ilə görüşüb
Leyla Əliyeva Türkmənistan Xalq Məsləhəti sədrinin qızı Oquldjaxan Atabayeva ilə görüşüb
Daha çox