Sabah 40 dərəcə isti olacaq, arabir güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°…

Daha çox

Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Daha çox

AQTA azad olunan ərazilərdə fitosanitar monitorinqlər keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şuşa, Ağdam, Laçın, Füzuli, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl və Tərtər rayonlarında fitosanitar monitorinqlər keçirib. AQTA-dan SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı laborator müayinələrin aparılması üçün müxtəlif bitkilərdən 38 nümunə götürülüb, zərərvericilərin mövcudluğunu müəyyən etmək məqsədilə 30 ədəd feromon tələ quraşdırılıb. Feromon tələlərin laborator analizi nəticəsində Bərdə, Tərtər və Füzuli rayonlarında asılan tələlərdə karantin tətbiq edilən Şərq meyvəyeyeni aşkarlanıb. Sözügedən ərazilərdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə təsərrüfatların yeni salınması, bitki mühafizə tədbirlərinin koordinasiyalı şəkildə icrası,…

Daha çox

DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2024-cü ili 35 min manat mənfəətlə başa vurub. SİA agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,3 dəfə azdır. Ötən il DOST Agentliyinin hökumətdən alınmış subsidiyalar hesabına gəlirləri 311,401 milyon manat (əvvəlki ilə nisbətən 6,1 % az), digər gəlirləri 35 min manat (2,3 dəfə az), heyətlə bağlı xərcləri 291,219 milyon manat (7,3 % az), köhnəlmə xərcləri 7,445 min manat (12,1 % az), amortizasiya xərcləri 2,318 milyon manat (2,9 dəfə çox), icarə xərcləri…

Daha çox

SOCAR və “Tekfen”in birgə müəssisəsi maliyyə vəziyyətini açıqlayıb

“Azfen” MMC 2024-cü ili 25,915 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2023-cü ildən 11,466 milyon manat xalis mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il “Azfen”nin müştərilərlə müqavilələrdən gəlirləri 75,217 milyon manat (əvvəlki ilə nisbətən 2,9 dəfə az), müqavilə xərcləri 98,881 milyon manat (49,5 % az), inzibati xərcləri 6,169 milyon manat (29,3 % az), məzənnə fərqindən zərəri 194 min manat (əvvəlki il gəlir olub), maliyyə gəlirləri 144 min manat (əvvəlki il zərər olub), sair zərəri 1,139 milyon manat (71,2 dəfə çox), sair əməliyyat gəliri 397 min manat (3,4…

Daha çox

“Azərbaycan tərəfinin atacağı diplomatik addımlar xüsusi əhəmiyyət daşıyır”

“Suriya prezidentinin və nümayəndə heyətinin Bakıya rəsmi səfəri regionda diqqət çəkən geosiyasi hadisələrdən biri oldu. Görüş zamanı Azərbaycan qazının Suriyaya, daha sonra isə İordaniya və Misirə qədər ötürülməsi ideyasının müzakirəyə çıxarılması, həm iqtisadi, həm də strateji baxımdan çoxşaxəli nəticələr doğura biləcək bir təşəbbüsdür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, bu marşrutun reallaşması ilk növbədə Azərbaycanın enerji ixrac xəritəsində ciddi bir genişlənməni ehtiva edir. Ənənəvi olaraq Avropa bazarına yönəlmiş ixrac siyasətimiz Yaxın Şərqə doğru genişlənərsə, ölkəmiz yalnız tədarükçü deyil, həm də regionlararası enerji körpüsü rolunu oynamağa…

Daha çox

Qurbanqulu Berdiməhəmmədov Azərbaycanı təbrik edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib. SİA-nın məlumatına görə, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir: “Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və…

Daha çox

“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Müraciətlərin əksəriyyəti psixoloji dəstəklə bağlı olub Azercell-in dəstəyi ilə fəaliyyət göstərən“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) 2025-ci ilin yanvar-iyun ayları ərzində 2173 müraciət daxil olub. SİA xəbər verir ki, müraciətlər arasında psixoloji dəstəklə bağlı sorğular (497) üstünlük təşkil edib. Bununla yanaşı, hüquqi yardım üzrə 392, sosial məsələlərlə bağlı 378, təhsil üzrə 96, səhiyyə ilə əlaqədar 24 müraciət qəbul edilib.750-dən çox zəng isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və digər müxtəlif mövzuları əhatə edib. 15-18 yaşlı yeniyetmələrdən gələn 1345 sorğu müraciətlərin əksəriyyətini təşkil edib. Qalan sorğuların…

Daha çox

Bank “BTB” II rüb üzrə maliyyə göstəricilərini açıqladı

Bank “BTB”-nin II-ci rüb üzrə maliyyə göstəriciləri açıqlanıb, müsbət dinamika davam etməkdədir. Beləliklə, bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% artaraq 2.6 mln manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.3% artaraq 6.6 milyon manat, qeyri-faiz gəlirləri 29.7% artaraq 3.3 milyon manat təşkil etmişdir. Bankın 6 ay üzrə xalis mənfəəti isə 1.1 milyon manatı ötmüşdür. Hesabat dövrü ərzində gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişiklikləri nəzərə alaraq 2.8 milyon manat xərc yaranmışdır. 2025-ci il II rüb ərzində Bank “BTB” ASC…

Daha çox

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşıladı. Dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Hörmətli Qurbanqulu Məlikquliyeviç. Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki…

Daha çox