“Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib. Fariz Əkbərov sözlərinə belə davam edib: “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Buna görə də heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: – sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri…
Daha çoxDay: July 16, 2025
Bank BTB –dən yay mövsümünə özəl “Yayın Sərin Kampaniyası”
Bank “BTB” ASC müştərilərini isti yay günlərində sevindirəcək yeni kampaniyasını təqdim edir! Lombard krediti məhsulu üzrə “Yayın Sərin Kampaniyası” çərçivəsində vətəndaşlar 100 000 AZN-dək krediti 0% komissiya ilə əldə edə biləcəklər. SİA xəbər verir ki, kampaniya çərçivəsində müştərilər Banka qızıl zinət əşyalarını təqdim etməklə yüksək məbləğdə və sərfəli şərtlərlə lombard kreditinin rəsmiləşdirilməsi və nağdlaşdırılması zamanı heç bir komissiya ödəməyəcəklər. Əlavə üstünlük müştərilər 1 aydan 48 ayadək zəruri olan vəsaiti əldə etmək imkanı qazanacaqlar. Kredit rəsmi iş yeri olmadan, tək şəxsiyyət vəsiqəsi ilə təqdim olunur. Məqsədimiz – müştərilərimizin həm maliyyə ehtiyaclarını…
Daha çoxAzərbaycanla Türkmənistan arasında tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir
Azərbaycanla Türkmənistan arasında tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək: “Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək.…
Daha çoxBirbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi
Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. SİA xəbər verir ki, layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib. 16 may 2025-ci il tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçirilib. Proqram 2 kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro biznesləri əhatə edən kateqoriyada iştirak üçün…
Daha çox8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, həmin vasitələrdən 4,5 mindən çoxu təkərli oturacaq (o cümlədən 44-ü mühərrikli təkərli oturacaq), 1,3 mini aşağı və yuxarı ətraf protezi, 3,3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 5,1 min cüt protez və ortopedik ayaqqabı, 346 eşitmə aparatı, 285 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Eyni zamanda bu…
Daha çoxAzərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Büdcə xərclərinin proqram təsnifatı”na “Dincə qoyulmuş torpaq subsidiyasının verilməsi” əlavə edilib.
Daha çox“Uzunmüddətli sağlamlıq yalnız həkim nəzarəti və dərmanlarla qorunmur”
“İnsan sağlamlığının təməl daşlarından biri düzgün və balanslı qidalanmadır. Gündəlik olaraq qəbul etdiyimiz qidalar, bədənimizin funksiyalarını yerinə yetirməsi üçün enerji mənbəyi olmaqla yanaşı, uzunmüddətli sağlamlığımıza da birbaşa təsir göstərir. Hər bir lokma bədənimizdə ya sağlamlığa xidmət edir, ya da zamanla müxtəlif problemlərin yaranmasına zəmin yaradır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, müasir dövrün sürətli həyat tərzi, insanların çox zaman hazır, işlənmiş və tərkibi zəif olan qidaları seçməsinə səbəb olur. Qazlı içkilər, fast-food məhsulları, paketlənmiş qəlyanaltılar və şəkər tərkibli içkilər qısa müddətli doyğunluq hissi…
Daha çoxKəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 18 iyul 2025-ci il tarixdə Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 17 iyul 2025-ci il tarixdə Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Daha çoxAzərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (81,36 MB/S) görə may ayına nisbətən 4 pillə irəliləyərək 152 ölkə arasında 83-cü olub. SİA “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,87 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb. Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (393,15 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub. Azərbaycan iyunda mobil internetin sürətinə görə isə may ayına nisbətən 2 pillə irəliləyərək 72,52 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub. Mobil…
Daha çoxAzərbaycanda I yarımildə dövlət qurumlarının adına bənzəyən 19 domen bloklanıb
Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 19 saxta domen bloklanıb. SİA-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 % azdır. 2025-ci ilin ilk 6 ayında ölkədə 26 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1il əvvələ nisbətən 37 % azdır. Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 130 yeni subdomen verilib ki, bu da illik müqayisədə 17 % azdır. Xatırladaq ki, 2024-cü ildə dövlət qurumları 64yeni domen və 367 yeni subdomen alıb. Hesabat dövründə 100…
Daha çox