İndoneziyada vulkan yenidən püskürüb

İndoneziyanın Qərbi Sumatra bölgəsindəki Marapi dağı yenidən püskürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, püskürmələr səbəbindən əraziyə giriş qadağan olub. Püskürmə səmaya sıx kül buludları göndərib. Səlahiyyətlilər bildiriblər ki, Marapi 3 dekabr 2023-cü ildə baş verən ilk püskürmədən sonra 450-dən çox püskürmə ilə üzləşib. Təhlükəsizlik səbəbi ilə püskürmə mərkəzinə 3 kilometr radiusda giriş və hər hansı fəaliyyət qadağandır.

Daha çox

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi Məzahir Kərimov Xalıq oğludur. Onun nəşinin qalıqları iyulun 18-i saat 13.00-da Xaçmaz rayonu Usta Cəlili kənd qəbiristanlığında dəfn olunacaq.

Daha çox

Azərbaycan və Çin arasında vizasız gediş-gəliş rejimi bu gündən qüvvəyə minib

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” 16 iyul 2025-ci il tarixində qüvvəyə minib. SİA xəbər verir ki, sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Çin Xalq Respublikasının vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən…

Daha çox

Suriyada toqquşmalarda ölənlərin sayı 203-ə çatıb

Suriyanın cənubundakı Suveyda şəhərində silahlı druz və bədəvi qruplar arasında baş verən toqquşmalarda ölənlərin sayı 203-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın cənubundakı Sveyda şəhərində druz və bədəvi silahlı qruplar arasında baş verən silahlı qarşıdurmada ölənlərin sayı artıb. Suriya İnsan Haqları Müşahidə Qrupu ötən bazar günü başlayan qarşıdurmalarda druz qruplarından 21-i mülki vətəndaş, 18-i bədəvi, 93-ü təhlükəsizlik qüvvələri olmaqla 92 nəfərin öldürüldüyünü və bununla da ümumi ölənlərin sayının 203-ə çatdığını bildirib.

Daha çox

Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan və İraqın müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirdiyi, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub. Fərid Əhmədov hər iki xalqı oxşar tarix, ortaq din və digər mənəvi tellərin bağladığını vurğulayaraq bu səfərin dövlətlərimiz arasında əlaqələrin, xüsusilə hüquqi əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini bildirib. Nazir qeyd edib ki, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar…

Daha çox

Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub

Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstanın “Marsh” və “Aon” sığorta brokerlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 98-ə çatıb. Bundan əvvəl bu ilin aprel ayında Türkiyənin “Gallagher Sigorta ve Reasürans Brokerliği” sirmətinə sığorta brokerlərinin reyestrinə daxil edilmişdi. Xatırladaq ki, “Marsh” 2000-ci ildən, “Aon” isə 2004-cü ildən fəaliyyət göstərir.

Daha çox

Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycana səfərə gəlib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Xalq Məsləhətinin sədrini Azərbaycanın Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha çox