Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub


Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstanın “Marsh” və “Aon” sığorta brokerlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 98-ə çatıb.

Bundan əvvəl bu ilin aprel ayında Türkiyənin “Gallagher Sigorta ve Reasürans Brokerliği” sirmətinə sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

Xatırladaq ki, “Marsh” 2000-ci ildən, “Aon” isə 2004-cü ildən fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər