“Zorakılıq cins tanımır”


“Cəmiyyətdə formalaşmış stereotiplər: “Kişi dözər”, “kişi ağlamaz”, “kişi zəif ola bilməz” kimi yanaşmalar onların zorakılığa məruz qaldığını etiraf etməsinə mane olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Yardım istədikdə ciddi qəbul olunmamaq və ya lağ mövzusuna çevrilmək qorxusu.

Ailə içi emosional gərginlik, uzun müddət yığılmış aqressiya və stress. Həm qadının, həm kişinin keçmişində yaşadığı travmalar, özünü ifadə edə bilməmək, emosional nəzarətsizlik.

İqtisadi sıxıntılar, sosial təzyiqlər və rol dəyişmələri (məsələn, qadının ailədə daha dominant rol alması) qarşıdurmaları artıran faktorlar ola bilər. Hər iki tərəfin emosional savadlılığının artırılması, hissləri düzgün şəkildə ifadə etməyi öyrənməsi.

Ailələrdə diaqnoz qoyulmamış psixoloji problemlərin vaxtında aşkar edilməsi və terapiya yolu ilə müalicəsi. Yalnız qadınlara qarşı yox, kişilərə qarşı da zorakılıq real problemdir. Zorakılığa məruz qalan kişilərə: “Siz tək deyilsiniz, yardım istəmək zəiflik deyil – cəsarətdir. Zorakılıq cins tanımır. Hər kəsin psixoloji dəstəyə haqqı var. Münaqişələrin qarşısını almağın ən yaxşı yolu ünsiyyətdir – dinləmək, anlamaq və sakit danışmaq”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər