ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranının həllində səbri hədsiz deyil”. SİA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Jurnalist ABŞ-nin Rusiya tərəfindən diplomatik nizamlanmada maraqlı olduğuna dair hər hansı bir işarə alıb-almadığını soruşduqda, Bryus deyib ki, Trampın bəyanatları onun vəziyyəti müsbət qiymətləndirib-qiymətləndirmədiyi və Rusiya lideri Vladimir Putinin gördüyü işlərdən məmnun olub-olmaması ilə bağlı ən dolğun mənzərəni verir. Onun sözlərinə görə, Trampın hərəkətləri və Ukraynaya əlavə müdafiə silahları vermək qərarı bunun göstəricisidir: “Daha əvvəl dediyim kimi, o, diplomat olsa da, diplomatik üsullara həmişə nikbin baxsa da, həm də realistdir. Dünya İranla bağlı vəziyyətdə, Rusiyaya qarşı atdığı yeni tədbirlərlə görür ki, prezident, səbirli adam olsa da, məqsədlərinə çatmaq üçün baxışından güzəştə getməyə hazır deyil”. Xatırladaq ki, iyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam etmək qərarına gəlib.