Analitik Ekspertiza Mərkəzi auditor seçib


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Financial Reporting Center” MMC-dir.

Qalib şirkətə 3 469 manat ödəniləcək.

Xatırladaq ki, ötən il bu sorğunun qalibi “Azfinance And Consulting” MMC olub, şirkətə 4 000 manat ödənilib.

Əlaqəli Xəbərlər