Bakıda EUNIC Azərbaycan klasterinin inkişaf strategiyası təqdim olunub


Bakıdakı Ukrayna Mərkəzində Avropa İttifaqı (Aİ) ölkələrinin Mədəniyyət İnstitutları Birliyinin (EUNIC) Azərbaycan klasterinin 2025-2026-cı il üçün inkişaf strategiyası təqdim edilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

“Aİ səfirləri, diplomatları və mədəniyyət müəssisələrinin nümayəndələri birgə planları müzakirə edib və onun həyata keçirilməsinə start veriblər. Bu il EUNIC Azərbaycan klasterinə Litva və Ukrayna rəhbərlik edir”, – o yazıb.

Əlaqəli Xəbərlər