Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi auditor seçib


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) mühasibatlığının və kadr işlərinin audit yoxlaması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 1 690 manat ödəniləcək.

BMTM ölkə prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 4,871 milyon manatdır. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin müvafiq olaraq ölkənin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir.

Əlaqəli Xəbərlər