…Hindistanın neft naziri Xardip Sinq Puri bildirib ki, Rusiyadan gələn tədarüklər ikinci dərəcəli sanksiyalara məruz qalarsa, Hindistan öz neft ehtiyacını alternativ mənbələrdən ödəyə biləcəyinə əmindir.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Moskvanın Kiyevlə 50 gün ərzində atəşkəs əldə etmədiyi təqdirdə Rusiya ixracatının alıcılarını sanksiyalarla hədələyib.
SİA-nın məlumatına görə, “Reuters” Puriyə istinadən xəbər verir ki, Hindistan Rusiyadan idxalla bağlı istənilən problemin öhdəsindən başqa ölkələrdən tədarük əldə edə biləcək. Nazir bazarda Qayana kimi bir çox yeni tədarükçülərin meydana çıxdığını, həmçinin Braziliya və Kanada da daxil olmaqla, mövcud istehsalçılardan mövcud tədarükün olduğunu qeyd edib.
Puri Yeni Dehlidə keçirilən sənaye tədbirində deyib ki, “…mən qətiyyən narahat deyiləm. Əgər bir şey olarsa, biz bununla məşğul olacağıq. Hindistan tədarük mənbələrini şaxələndirdi və biz təchizatçı ölkələrin sayını təxminən 27-dən 40-a qədər artırdıq”…
Əli Babayev