İran prezidenti Məsud Pezeşkian kortejindəki avtomobillər seyreltilmiş benzinlə doldurulduqdan sonra taksiyə minmək məcburiyyətində qalıb.
SİA xəbər verir ki, bu barədə İranın “NasrNews” nəşri məlumat yayıb.
Prezidentin xüsusi müfəttişi Mustafa Molavinin sözlərinə görə, insident Pezeşkiyanın Təbrizə qeyri-rəsmi səfəri zamanı baş verib.
Qəzvin əyalətində yanacaqdoldurma məntəqəsində prezident kortejinin üç maşınına su qarışmış benzin doldurulub və bu da onların son mənzilə çatmasına mane olub.
Nəticədə prezident şəxsi taksi ilə Təbrizə gedib.
Nəşr “Məsud Pezeşkian insidentə cavab olaraq heç bir rəsmi tədbir görmədi, əksinə şəxsi taksi ilə Təbrizə getdi”, – deyə nəşr yazıb.
Nazlı Almuradova