“Proses fasiləsiz şəkildə davam etdirilməlidir”

“İşğaldan azad olunmuş bölgələrimizə keçmiş məcburi köçkünlərin yerləşdirilməsi fasiləsiz və sistemli şəkildə davam edir. Bu prosesin fasiləsiz və davamlı şəkildə getməsi onun uğurlarından xəbər verir, eyni zamanda prosesin düzgün qurulduğunu göstərir. Artıq məlumatlara görə, bütövlükdə azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgəsinə 50 mindən artıq sakin yerləşdirilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, bunların böyük bir hissəsi keçmiş məcburi köçkünlərdir, işləyənlərdir, tələbələrdir və s. Amma bu ərazilərin sürətlə məskunlaşması davam edir. Yaxın bir neçə ildə keçmiş məcburi köçkünlərin böyük bir hissəsi, yəqin ki, bu…

Daha çox

“Gənclərin sahibkarlığa marağı ehtiyac, ideya ilə müəyyən olunur”

“Gənclərin sahibkarlığa marağı müasir iqtisadi inkişafın ən vacib mövzularından biridir. Bu marağın arxasında duran motivasiyanı araşdırarkən iki əsas amil ön plana çıxır: ehtiyac və ideya. Lakin bu iki faktor bir-birini tamamlayır və gənclərin sahibkarlığa yanaşmasını müəyyənləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, ehtiyac, əsaslı sahibkarlıq daha çox sosial-iqtisadi problemlərin mövcud olduğu mühitdə formalaşır. İşsizlik səviyyəsinin yüksək olduğu, sabit və yaxşı ödənişli iş imkanlarının məhdud qaldığı şəraitdə gənclər üçün sahibkarlıq alternativ gəlir mənbəyi kimi çıxış edir: “Bu halda biznes qurmaq ideyadan çox, məcburiyyətdən qaynaqlanır və…

Daha çox

Azərbaycan XİN İraqa başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib. SİA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq”, – deyə paylaşımda qeyd edilib. Qeyd edək ki, İraqın Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər həlak olub, üçgünlük matəm elan edilib.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyulun 16-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,53% – 44,254.78 bəndədək, S&P 500 indeksi 0,32% – 6,263.7 bəndədək, Nasdaq indeksi isə 0,25% – 20,730.49 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyulun 16-da FTSE 100 indeksi 0,13% – 8,926.55 bəndədək, Almaniyanın DAX indeksi 0,21% – 24,009.38 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,57% – 7,722.09 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,17% azalaraq 1.1621 dollar təşkil edib.

Daha çox

Dünyanın ən böyük Mars qayası 5,3 milyon dollara satılıb

Ən böyük məlum Mars meteoriti Nyu-Yorkdakı Sotheby’s hərracında anonim bir alıcıya 5,3 milyon dollara satılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “NWA 16788” adlı meteorit Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars qayasıdır. Çəkisi 24,5 kiloqram (60 funt) olan meteorit, adətən bir neçə qram və ya santimetr ölçüdə olan fraqmentlərdən ibarət olan Mars meteoritlərinin ölçüsünü xeyli üstələyir. Sotheby’s-ə görə, bu nümunə bu günə qədər tapılan növbəti ən böyük Mars qayasından 70 faiz böyükdür. 2023-cü ilin noyabrında Nigerin ucqar Aqadez bölgəsində kəşf edilən meteorit kosmosda uzun səyahəti və atmosferdən…

Daha çox

Son 25 ilin əməkhaqqı göstəriciləri: Kim daha çox qazanır?

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 25 il ərzində ölkə üzrə orta aylıq əməkhaqqı məbləği yüksək olan fəaliyyət sahəsi mədənçıxarma sənayesi olub. Bu da o deməkdir ki, son 25 il ərzində daim mədənçıxarma sahəsində çalışanlar ən çox gəlir əldə edən şəxslər olublar. SİA xəbər verir ki, rəsmi rəqəmlərə əsasən, 2000-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 44,3 manat təşkil edib. Həmin il fəaliyyət sahələri üzrə ən yüksək əməkhaqqı məbləği 162,9 manat olaraq mədənçıxarma sənayesinə aid olub. İkinci sıranı 126,5…

Daha çox

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb

Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb. Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Daha çox

İraqda ticarət mərkəzində yanğın olub

İraqda ticarət mərkəzində baş verən yanğında azı 60 nəfərin öldüyü bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ticarət mərkəzində ən azı 60 nəfər həlak olub. Əraziyə çoxlu sayda polis və tibbi briqada göndərilib. Vasit qubernatoru Məhəmməd əl-Miyahi yanğında yaralananların xəstəxanalara çatdırıldığını açıqlayıb.

Daha çox

Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Bu ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 281 min 691,7 ton həcmində neft məhsulları ixrac edib. SİA-nın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 140 milyon 756,9 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neft məhsullarının həcmi 9,3 % , dəyəri isə 34,2% azalıb. Yanvar-iyun aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,1 % olub. 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ…

Daha çox