“Milli Dəyərlər Efir Oyuncağı Deyil!”

Azərbaycan xalqı tarixin bütün dövrlərində ailə institutuna, mənəvi dəyərlərə və əxlaqi prinsiplərə önəm verib. Bizim ailə modelimiz nəinki Cənubi Qafqazda, ümumilikdə Şərq dünyasında örnək göstərilib, böyüyə hörmət, kiçiyə qayğı, ailə içi münasibətlərdə məsuliyyət və sevgi əsas sütunlar sayılıb. Lakin təəssüf ki, bu gün bəzi televiziya kanalları reytinq xatirinə həmin sütunların altına od qoymağa başlayıb. Son illər efirdə yayımlanan bəzi verilişlərdə ailə dəyərləri açıq şəkildə istismar olunur. Gündəlik yayımlanan proqramlarda insanların ailə içi dramları, şəxsi faciələri, boşanmaları, xəyanətləri, hətta bəzən kriminal xarakterli hadisələri şouya çevrilir. Tamaşaçı qarşısında “ailə dəyərləri” adı ilə…

Daha çox

Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək məsələsi müzakirə olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsi çərçivəsində müharibə əlillərinin, veteranların, ümumi kateqoriyalı əlillərin və aidiyyəti QHT-lərin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib. SİA xəbər verir ki, Fondun mətbuat xidmətindən verilən məlumata görə, iştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov bildirib ki, həyata keçirilən layihənin məqsədi “Konstitusiya və Suverenlik İli”…

Daha çox

NATO Rusiya və Çinlə eyni vaxtda münaqişələrə hazırlaşır…

Tayvan ətrafında vəziyyət pisləşərsə, Pekin dəstək üçün Moskvaya müraciət edə bilər… Rusiya və Çin növbəti iki ildə Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı Aleksis Qrinkeviçi qəbul etdilər. SİA-nın məlumatına görə, bu barədə “The Guardian” yazıb. Onun sözlərinə görə, alyans Tayvan ətrafında vəziyyətin pisləşəcəyi təqdirdə Pekinin Moskvaya dəstək üçün müraciət edə biləcəyi vəziyyətə hazırlaşmalıdır. …Bizim gözəl NATO baş katibimiz Mark Rutteni dinləyənlər bilirlər ki, o, çox güman ki, Çin lideri Si Tszinpin Tayvan boğazını keçməyə qərar verməmişdən əvvəl dostu Putinə zəng edərək kömək istəyəcəyi barədə xəbərdarlıq…

Daha çox

Romada Ukrayna ilə bağlı keçirilən konfrans Zaxarovanı əyləndirib..?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Romada Ukraynanın “bərpasına” dair son konfransı kinsizliyin beynəlxalq çempionatı adlandırıb. …İyulun 10-11-də Romada daha bir konfrans keçirildi, bu, çox gülməlidir, amma mən sitat gətirməliyəm: Ukraynanın bərpası ilə bağlı. O, 70 ölkədən və 40 beynəlxalq təşkilatdan 5 min nümayəndənin qatıldığı idi. SİA-nın məlumatına görə, rusiyalı diplomat bunu brifinqdə deyib. O bildirib ki, adına baxmayaraq, “bu forum artıq dördüncü ildir ki, Kiyev rejiminə hərbi yardımın göstərilməsi məsələsinə yönəlib”. Ümumilikdə, konfrans zamanı diplomatın qeyd etdiyi kimi, “elan edilmiş investisiyaların həcmi 10 milyard avronu keçməyib”. “Yaxşı,…

Daha çox

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

İyulun 19-20-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək. SİA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir. Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 50-yə yaxın fermer iştirak edəcək. Fermerlər 150-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə özləri təqdim edəcəklər. Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida…

Daha çox

“Ermənistanın mövqeyi qeyri-sabit və tez-tez dəyişkən xarakter daşıyır”

“Zəngəzur dəhlizi ilə bağlı məsələlər son dövrlərdə həm regional, həm də beynəlxalq səviyyədə geniş müzakirə predmetinə çevrilmişdir. Bu dəhlizin gələcəyi təkcə Cənubi Qafqaz ölkələri üçün deyil, eyni zamanda qlobal güc mərkəzləri üçün də ciddi strateji əhəmiyyət daşıyır. Artıq bir neçə böyük dövlət, xüsusilə də Birləşmiş Ştatlar bu məsələ ilə bağlı müxtəlif alternativ təkliflərlə çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib. Elman Nəsirov sözlərinə belə davam edib: “Birləşmiş Ştatların ilk təklifi ondan ibarətdir ki, Zəngəzur dəhlizi 100 il müddətinə icariyə götürülsün və bu zaman logistika, nəqliyyat və təhlükəsizlik…

Daha çox

Beşinci mərtəbənin pəncərəsindən yıxılan uşaq sağ qalmayıb…

Sankt-Peterburqda balaca uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb və onu xilas etmək mümkün olmayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb. Ana, ata və iki övladı bir neçə gündür ki, şəhərə gəliblər. Hadisə baş verən gün ana mağazaya gedib, oğlu isə pəncərənin altlığına çıxıb, ağcaqanad tora söykənib və pəncərədən yıxılıb. Nəticədə zərərçəkmişə katatravma, beyin əzilməsi, qarın travması və digər xəsarətlər diaqnozu qoyulub. Həkimlər ona kömək etsələr də, onu xilas edə bilməyiblər. Hadisə zamanı uşağın atası və bacısının evdə olduğu məlum olsa da, oğlana niyə baxmadıqları açıqlanmır.…

Daha çox

Zəngəzur dəhlizinə nəzarət məsələsində nə Qərb, nə də Rusiya…

“44 günlük Vətən müharibəsində qələbədən sonra regionda fərqli mənzərə yaranıb. Məhz Zəngəzur dəhlizi ətrafında gedən geopolitik proseslər də təkcə bir nəqliyyat layihəsinin həyata keçirilməsi deyil, həm də bölgədə yeni geosiyasi düzənin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Bugünkü mənzərəyə diqqət yetirdikdə görürük ki, həm ABŞ, həm də Rusiya bu dəhlizə öz maraqları prizmasından yanaşır və ona nəzarət uğrunda ciddi rəqabət aparırlar”. SİA xəbər verir ki, bunu hafta.az-a açıqlamasında “Səs” qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Qeyd edib ki, bir tərəfdən Rusiya 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsas…

Daha çox

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzzada kilsəyə olunan hücumu pisləyib. SİA xəbər verir ki, pontifik hadisə ilə bağlı dərin kədərini ifadə edib, yaralıların sağalması və bütün kilsə icması üçün dua etdiyini bildirib. Papa Leo Qəzzada dərhal atəşkəs çağırışı səsləndirib, bölgədə dialoq, barışıq və davamlı sülhün vacibliyini bir daha vurğulayıb. İtaliyanın Baş naziri Ciorcia Meloni isə dinc əhaliyə qarşı həyata keçirilən hücumların qəbuledilməz olduğunu bildirib. O deyib ki, heç bir hərbi əməliyyat belə münasibətə haqq qazandıra bilməz. Qeyd edək ki, Qəzzada katolik kilsəsinə hücum nəticəsində 2 nəfərin öldüyü, 3-ü…

Daha çox