“Qarabağ İtkin Ailələri” İctimai Birliyi “İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlayıb. SİA-nın məlumatına görə, layihə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir və məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Layihənin əsas məqsədi Cenevrədə BMT-nin ofisi qarşısında dinc aksiyanın keçirilməsidir. Aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş 7 itkin ailəsinin üzvü iştirak edəcək. İctimai Birlikdə qeyd ediblər ki, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və BMT-nin itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması, itkin düşmüş azərbaycanlıların son taleyi və məzar yerləri haqqında məlumatların Ermənistan tərəfindən Azərbaycan dövlətinə və itkin…
Daha çoxDay: July 17, 2025
Dövlət başçısı və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. SİA-nın məlumatına görə, Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə…
Daha çoxVolodindən miqrantlarla bağlı çağırış…
Dövlət Dumasının sədri Vyaçeslav Volodin daxili işlər nazirinin müavini İqor Zubovu miqrantlarla bağlı vəziyyətlə əlaqədar Əmək Nazirliyinə diqqətlə baxmağa çağırıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Müraciətə səbəb rus dili imtahanından keçmədən dövlət kvotasına uyğun işləmək üçün mütəxəssislərin dəvət edilməsi təklif olunan peşələrin siyahısı olub. …İqor Nikolayeviç, ümumiyyətlə, siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daha yaxından baxmaq lazımdır. Diqqətlə baxın, çünki Daxili İşlər Nazirliyi, digərləri ilə yanaşı, bu səlahiyyətlərə malikdir. Onlar belə kateqoriyaları haradan alıblar?. Bunu Volodin deyib. O, bildirdi ki, Əmək və Əhalinin Sosial…
Daha çoxDeputat Xaçmaz rayonunda qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırıb
57 saylı Xaçmaz şəhər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi təşkil olunub. SİA xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə millət vəkili ilə yanaşı İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, YAP rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayon ictimaiyyətininnümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Toplantıda vurğulanıb ki, Ulu Öndərimiz Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi…
Daha çoxSiyasətdə özünü aldatma faciəsi
Bəli, bəzi mövzulara istəməsək belə vaxtaşırı qayıtmaq məcburiyyətində oluruq. Söhbət siyasi münasibətlər müstəvisindən getdiyi zaman isə eyni mövzuya təkrar qayıtmaq məsələsi ümumiyyətlə qaçınılmaz olur, hətta bəzən zərurətə çevrilir. Təəssüflər olsun ki, incəsənət sahəsində zövqsüzlük müşahidə edildiyi kimi, artıq siyasətdə də “ucuz populizm” və “məsuliyyətsiz demaqogiya” sanki “mütləq” hala çevrilib. Analoji vəziyyət təzahür etdiyi yerdə isə “yaxşı unudulmuş” siyasi maarifçiliyin rolu son dərəcədə aktuallaşır. Ümumiyyətlə, radikal təfəkkürün törəmələri olan “ucuz populizm” və “məsuliyyətsiz demaqogiya” siyasi maarifçilikdən sözün əsl mənasında parazitlər işıq və təmizlikdən qorxduqları qədər çəkinirlər. Çünki maarifçilik qaranlığı aydınlandıran işıq…
Daha çoxXəzər rayonunda YAP Xəzər rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda YAP Xəzər rayon təşkilatı və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər təşkilatının sədri Namiq Əhmədov bildirib ki, ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi, mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, inkişaf və…
Daha çoxİlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Mehmandarovların malikanə kompleksində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar. SİA xəbər verir ki, qonağa böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleksin Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunduğu barədə məlumat verildi. Bildirildi ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. 2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin…
Daha çoxAlmaniyada doğum nisbətləri azalmaqda davam edir
Almaniyada bir qadının məhsuldarlıq dövründə ola biləcəyi orta uşaq sayına istinad edən “ümumi doğuş nisbəti” 2023-cü ildəki 1,38 uşaqdan 2024-cü ildə 1,35-ə enib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi 2024-cü il üçün doğum statistikasını açıqlayıb. Müvafiq olaraq, 2024-cü ildə diri doğulanların sayı 2023-cü illə müqayisədə 2 faiz və ya 15 872 nəfər azalaraq 677 117 nəfərə çatıb. Bir qadının reproduktiv yaşlarında (15-49 yaş) sahib ola biləcəyi uşaqların orta sayını təmsil edən “ümumi məhsuldarlıq səviyyəsi” 2023-cü ildəki 1,38 uşaqdan 2024-cü ildə 1,35 uşağa enmişdir. Ümumi doğuş…
Daha çoxAMB-də İslam bankçılığına dair strateji təşəbbüslər müzakirə edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi arasında İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Mərkəzin baş icraçı direktoru Məhəmməd Zubair Muğalı qəbul edib. Görüş zamanı cari iqtisadi tendensiyalar, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər və bu istiqamətdə zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha çoxBüdcə qurbanlar tələb edir
Fransanın baş naziri maliyyə intizamını bərpa etmək planını təklif edir Baş nazir Fransua Bayrou Fransada maliyyə intizamını bərpa etmək planını, yəni zəruri hesab etdiyi qeyri-populyar tədbirlərin uzun siyahısını təqdim edib. Bayrou “həqiqət anından” danışır və müxalifət onu işdən çıxarmaqla hədələyir. Fransua Bayrou Fransanın milli borcunu “lənətlə” hədələyir. Onun sözlərinə görə, saniyədə 5000 avro sürətlə artan xərcləri dayandırmaq üçün o, borcun ÜDM-ə nisbətini 2029-cu ilə qədər sabitləşdirmək planı təklif edib. Buna nail olmaq üçün dövlət 43,8 milyard avroya qənaət etməlidir ki, bu da əvvəllər planlaşdırıldığından çoxdur. Vəziyyət Emmanuel Makron tərəfindən mürəkkəbləşib:…
Daha çox