Rusiya İsrailin Suriyaya hücumlarını pisləyib

Rusiya Xarici İşlər Nazirliyi İsrailin Suriyaya hücumlarını pisləyib və bunun ölkənin suverenliyini və beynəlxalq hüququ pozduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “İsrailin hücumları Suriyanın suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və qınamağa layiqdir. Suriyada yeni zorakılıq dalğası həyəcanvericidir. Hesab edirik ki, bu problemin həllinin yolu dialoqdan və milli birliyin möhkəmləndirilməsindən keçir. Moskva Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğuna dair ardıcıl mövqeyini bir daha bəyan edir”.

Daha çox

Yuliya Svırıdenko Ukraynanın yeni baş naziri oldu

Ukrayna parlamenti prezident Vladimir Zelenskinin Yuliya Svırıdenkonun baş nazir təyin edilməsi ilə bağlı qərarını təsdiqləyərək, o, ölkə tarixində ikinci qadın baş nazir olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna parlamenti baş nazir postuna Yuliya Svırıdenkonun namizədliyinin irəli sürülməsinə səs verib. 450 yerlik parlamentdə 262 deputatın “hə” səsindən sonra Svırıdenko ölkənin yeni baş naziri olub. 22 deputat “xeyr”, 26 deputat isə bitərəf qalıb. Svırıdenko Ukraynanın 19-cu baş naziri və ölkə tarixində bu vəzifəni tutan ikinci qadın olub. 39 yaşlı Svırıdenkonun ABŞ-ın yüksək vəzifəli məmurları ilə işləmək təcrübəsi var, o,…

Daha çox

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yeni Şuşa məscidində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. SİA xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verib. Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü –…

Daha çox

Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Memorandum çərçivəsində qurumlar arasında maliyyə texnologiyaları və xidmətləri, kapital bazarları və digər müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub. “Beləliklə, qeyd olunan sahələr üzrə təcrübə və məlumat mübadilələrinin aparılması, təlim, seminar, həmçinin tədqiqat xarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkilinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmaların tətbiqi baxımından mühüm imkanlar yaradacaq”, – məlumatda deyilir. Anlaşma Memorandumu qurumlar arasında…

Daha çox

“Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər”

“Suriya Prezidenti və nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri Azərbaycan qazının Suriyaya və oradan keçməklə İordaniya və Misirə çatdırılması perspektividir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, bu təşəbbüs həm enerji, həm də geosiyasi baxımdan strateji əhəmiyyət kəsb edir və Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər: “İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın qaz ixracında Yaxın Şərq istiqamətində yeni bir marşrutun formalaşması ölkənin enerji bazarını şaxələndirməsi baxımından mühüm…

Daha çox

Böyük Britaniyada səsvermə yaşı 16-ya endiriləcək

Böyük Britaniya hökuməti növbəti ümumi seçkilərdə səsvermə yaşının 18-dən 16-ya endiriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya hökuməti demokratiyanın modernləşdirilməsinə yönəlmiş dəyişikliklər çərçivəsində ölkədə keçiriləcək bütün seçkilərdə 16 yaşlı gənclərə səsvermə hüququ veriləcəyini açıqlayıb. Bəyanatda qeyd olunub ki, bu, artıq işləməklə, vergi ödəməklə, hərbi xidmətdə olmaqla cəmiyyətə töhfə verən gənclərə onları narahat edən məsələlərdə səsvermə hüququ verəcək. Bəyanatda həmçinin qeyd olunub ki, bu plan dəyişən dünyada demokratik iştirakı artıracaq və Britaniya demokratiyasına inamı bərpa etməyə kömək edəcək.

Daha çox

Ucqar dağ kəndlərində görüş

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu iyulun 16-da Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüş öncəsi icra başçısıGəgiran şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidəni ziyarət edib, önünə tər güllər düzüb, ruhlarına dua edib, onlara olan hörmət və ehtiramlarını ifadə edib. Taleh Qaraşov ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. Yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlər…

Daha çox

AMB “Qala Sığorta”ya və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta” ASC-yə və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə,“Qala Sığorta”da aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətə icrası məcburi sərəncam verilib. Bundan başqa, aparılan monitorinq zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi aşkarlanıb. Nəticədə həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsi…

Daha çox

Prezident və Berdiməhəmmədov Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxıblar

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. SİA bildirir ki, işğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Daha çox