Azərbaycan və Vyetnam üçillik Fəaliyyət Planını qəbul ediblər

Azərbaycanla Vyetnam arasında 2025–2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul olunub. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Hanoyda Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə qarşılıqlı etimad və dostluq mühitində, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq. Həmsədrliyimizlə keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası isə ticarət-iqtisadi əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək və 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə məhsuldar şəkildə yekunlaşdı”, – deyə nazir qeyd…

Daha çox

Yasamal rayonunda vətəndaşlara hüquqi yardım göstərilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclis ilə Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib. VK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtın Yasamal Rayon Heydər Əliyev Mərkəzində deputat Ülvi Quliyevin təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib. “Pro Bono” Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 15-ə yaxın vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi…

Daha çox

Çin-Azərbaycan vizasız rejim modeli digər Asiya ölkələri üçün nümunə ola bilər

Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin iyulun 16-dan qüvvəyə minməsi digər Asiya ölkələrini, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yerləşən dövlətləri oxşar addımlar atmağa təşviq edə bilər. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Çindəki nümayəndəliyinin rəhbəri Li Ven CGTN telekanalına bildirib. Onun sözlərinə görə, bu təşəbbüs regional əlaqələrin yeni mərhələyə keçməsinə, həmçinin Asiyada inteqrasiyanın dərinləşməsinə təkan verəcək: “Viza rejiminin aradan qaldırılması təkcə turizm və ticarət deyil, həm də iqtisadi əməkdaşlıq, investisiya axınları, mədəni mübadilə və humanitar sahələrdə münasibətlərin genişlənməsinə töhfə verəcək. Bu, turist axınını ildə…

Daha çox

“Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək”

“Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər tarixi, mədəni və etnik bağlılıqlara əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu kontekstdə Türkmənistan Xalq Məclisinin sədri, hörmətli Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb etmişdir. Sözügedən səfər, təkcə iqtisadi və əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda mədəni, humanitar, elmi və intellektual istiqamətlərin də müzakirə olunduğu çoxtərəfli bir dialoq platforması kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Səfər çərçivəsində aparılan müzakirələr göstərdi ki, Azərbaycan və Türkmənistan xalqları ortaq milli, etnik və dini dəyərlərə malik…

Daha çox

13 kiloqramdan artıq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 16-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 1,8 tondan artıq 5 min 283 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Daha çox

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Bu gün Hanoy şəhərində Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. SİA bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, iclasdan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb. Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər – P.Şahbazov və N.H.Dien çıxış ediblər. Azərbaycan və Vyetnam arasında 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Ümummilli…

Daha çox

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşa şəhərində inşa edilən birinci yaşayış kompleksində olublar. SİA xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verib. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif…

Daha çox

Almaniyada 17 milyon insan tək yaşayır

Almaniya Federal Statistika İdarəsinin verdiyi açıqlamaya görə, ölkədə hər beş nəfərdən biri tək yaşayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə 17 milyon insan tək yaşayır ki, bu da ölkə əhalisinin 20,6 faizinə bərabərdir. Almaniyada tək yaşayanların nisbəti 65 yaşdan yuxarı olanlar arasında 34 faiz, 85 yaşdan yuxarı olanlar arasında isə 56 faiz təşkil edib. Tək yaşayan 25-34 yaş arası insanların nisbəti də yüzdə 28 olaraq təyin olunub. Açıqlamada Almaniyada tək yaşayanların nisbətinin 16,2 faiz olan Avropa Birliyi (Aİ) ölkələrinin orta göstəricisindən yüksək olduğu, yalnız Litva (yüzdə 27), Finlandiya…

Daha çox