Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib. Bu ilin 6 ayında 79, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 801 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Daha çoxDay: July 17, 2025
Xankəndidə iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Xankəndi şəhərində ictimai iaşə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə ünvanlanmış vergi və gömrük güzəşt və azadolmaları barədə məlumat verilib. Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyəti zamanı vergi orqanının qarşılaşdığı məsələlər onların…
Daha çoxYevlaxın bir hissəsində qaz kəsilib
Yevlax şəhərinin bir hissəsində – 77 sənaye müəssisəsində, İravanlı yaşayış massivində, 31-ci və 32-ci məhəllələrdə, 32-ci məhəllənin ətrafındakı yeni yaşayış massivində yaşayan abonentlərin mavi yanacaqla təchizatı dayandırılıb. SİA-nın məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi diametri 1220 mm-lik “Qazıməmməd-Qazax II xətt” yüksək təzyiqli magistral qaz kəməri ilə “Yevlax-1 QPS qol qaz kəməri”nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri görür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Daha çoxİlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. SİA xəbər verir ki, qonaq şəhərin Baş planı ilə tanış olub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qurbanqulu Berdiməhəmmədova 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib. Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək, viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa…
Daha çox“Tramp ilin sonuna qədər Ukraynadakı müharibəni bitirə bilər”
ABŞ prezidentinin planı işə düşəcək..? ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni 2025-ci ilin sonuna qədər bitirə bilər. SİA-nın məlumatına görə, “The Times” xəbər verir ki, bunu Prezident Aparatının rəhbəri Andrey Yermak deyib. …“The Times” qəzetinin “The General” və “The Journalist” podkastına müsahibə verən Yermak deyib ki, yalnız iqtisadi problemlər Rusiya diktatoru Vladimir Putinə bu müharibəni davam etdirməyin ona çox baha başa gəldiyini başa düşmək üçün təzyiq edə bilər. Yermak hesab edir ki, Tramp Rusiyadan neft və qaz alan hər kəsə ciddi yeni sanksiyalar tətbiq…
Daha çoxDYP nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib. İdarədən SİA-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, isti nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır: “Yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır. Avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez biruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsi son günlər bu qəbildən olan…
Daha çoxAnalitik Ekspertiza Mərkəzi auditor seçib
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Financial Reporting Center” MMC-dir. Qalib şirkətə 3 469 manat ödəniləcək. Xatırladaq ki, ötən il bu sorğunun qalibi “Azfinance And Consulting” MMC olub, şirkətə 4 000 manat ödənilib.
Daha çoxQurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib
Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verildi.
Daha çoxBakıda EUNIC Azərbaycan klasterinin inkişaf strategiyası təqdim olunub
Bakıdakı Ukrayna Mərkəzində Avropa İttifaqı (Aİ) ölkələrinin Mədəniyyət İnstitutları Birliyinin (EUNIC) Azərbaycan klasterinin 2025-2026-cı il üçün inkişaf strategiyası təqdim edilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib. “Aİ səfirləri, diplomatları və mədəniyyət müəssisələrinin nümayəndələri birgə planları müzakirə edib və onun həyata keçirilməsinə start veriblər. Bu il EUNIC Azərbaycan klasterinə Litva və Ukrayna rəhbərlik edir”, – o yazıb.
Daha çoxNyu-York birjasında təbii qazın qiyməti daha da artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,14% artaraq 3,56 ABŞ dolları təşkil edib.
Daha çox