Rusiya İstanbulda Kiyevlə danışıqların üçüncü raunduna hazırdır…


Rusiya Federasiyası Ukrayna ilə danışıqların üçüncü mərhələsini keçirməyə hazırdır və görüşün yeri kimi İstanbulu təklif edir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

…Rusiya nümayəndə heyəti üçüncü raundun keçirilməsi üçün İstanbula gəlməyə hazırdır, – Zaxarova brifinqdə deyib və Moskvanın dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Moskva Ukrayna tərəfinin əvvəllər əldə edilmiş razılaşmalara uyğun hərəkət edəcəyini və danışıqlar prosesində iştirakını davam etdirəcəyini gözləyir.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırda o, Kiyevdən danışıqların yeni raunduna hazır olduğunu göstərən hər hansı reaksiya və ya siqnaldan xəbərsizdir.

Əli Babayev

Əlaqəli Xəbərlər