“Tramp ilin sonuna qədər Ukraynadakı müharibəni bitirə bilər”






ABŞ prezidentinin planı işə düşəcək..?



ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni 2025-ci ilin sonuna qədər bitirə bilər.

SİA-nın məlumatına görə, “The Times” xəbər verir ki, bunu Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

…“The Times” qəzetinin “The General” və “The Journalist” podkastına müsahibə verən Yermak deyib ki, yalnız iqtisadi problemlər Rusiya diktatoru Vladimir Putinə bu müharibəni davam etdirməyin ona çox baha başa gəldiyini başa düşmək üçün təzyiq edə bilər.

Yermak hesab edir ki, Tramp Rusiyadan neft və qaz alan hər kəsə ciddi yeni sanksiyalar tətbiq etmək hədəsinə əməl etsə, həqiqətən də Ukraynadakı müharibəni “bu ilin sonuna qədər” bitirə bilər.

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri bildirib ki, ikinci dərəcəli sanksiyalar təhlükəsi işə yarayacaq, çünki o, həm də Rusiyanın iki ən böyük qalıq yanacaq idxalçısı olan Çin və Hindistanı Ağ Evlə öz yeni ticarət müharibələrindən qaçmaq üçün razılaşma əldə etməyə təzyiq göstərəcək.

…Birləşmiş Ştatların bu yeni sanksiyaları çox vacibdir, çünki təəssüf ki, neftin qiyməti ona bütün il ərzində öz döyüş maşınını maliyyələşdirmək imkanı verib, – Yermak qeyd edib.

Qeyd edək ki, indi Trampın planına görə, 50 gün ərzində Ukraynada sülh əldə olunmasa, o zaman Rusiyadan hər hansı mal idxal edən istənilən ölkədən ABŞ-a gətirilən mallardan 100 faizlik rüsum tutulacaq.

…Sanksiyalar, Putinə çox güclü təzyiq yaradacaq və o, külli miqdarda pul itirəcək. Rusiya neftini alan ölkələr də ona təzyiq göstərəcək.

Bunu da Yermak bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər