Tramp NATO-nun Rusiyanı sülhə məcbur etmək planını dəstəkləyir…


ABŞ prezidenti Donald Tramp Ukrayna ilə münaqişə kontekstində Rusiyanın təslim olmasına nail olmaq məqsədi daşıyan NATO təşəbbüsü ilə razılaşıb.

SİA-nın məlumatına görə, bu barədə American Conservative yazır.

Məqalə müəlliflərinin fikrincə, ikinci prezidentlik müddətinin ilk həftələrindən fərqli olaraq, Tramp indi faktiki olaraq alyansın sərt mövqeyini dəstəkləyir, Rusiyadan Moskva ilə Kiyev arasında sülh sazişinin şərtlərini yerinə yetirməsini tələb edir.

Müşahidəçi qeyd edib ki, Qərb Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən tamamilə çıxarılmasında və Ukraynanın NATO-ya mümkün üzvlüyünə Rusiyanın razılıq verməsində israrlıdır.

Bu yaxınlarda Amerika prezidenti Moskvaya 50 günlük ultimatum verərək ondan Kiyevlə sülh müqaviləsi bağlamağı tələb etdi.

Əks halda o, Rusiyadan idxal olunan məhsullara tam tariflər tətbiq etməklə yanaşı, Rusiyadan neft, qaz və digər enerji resurslarını almağa davam edən ölkələrə əlavə rüsumlar tətbiq etməklə hədələyir.

Eyni zamanda Tramp maliyyə xərclərinin Avropanın üzərinə düşməsi ilə ABŞ və Avropa İttifaqının Kiyevə Amerika silahlarının göndərilməsi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Gələcək tədarüklərə təkcə raketlər deyil, həm də “Patriot” sistemləri daxil olacaq.

Kremlin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Trampın təşəbbüsü kommersiya xarakteri daşıyır. Avropa silahlara əhəmiyyətli vəsait xərcləməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, maliyyə öhdəliklərinin bölüşdürülməsindən narazılıq nümayiş etdirir.

Əli Babayev

Əlaqəli Xəbərlər