Ukrayna parlamenti prezident Vladimir Zelenskinin Yuliya Svırıdenkonun baş nazir təyin edilməsi ilə bağlı qərarını təsdiqləyərək, o, ölkə tarixində ikinci qadın baş nazir olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna parlamenti baş nazir postuna Yuliya Svırıdenkonun namizədliyinin irəli sürülməsinə səs verib. 450 yerlik parlamentdə 262 deputatın “hə” səsindən sonra Svırıdenko ölkənin yeni baş naziri olub. 22 deputat “xeyr”, 26 deputat isə bitərəf qalıb. Svırıdenko Ukraynanın 19-cu baş naziri və ölkə tarixində bu vəzifəni tutan ikinci qadın olub.
39 yaşlı Svırıdenkonun ABŞ-ın yüksək vəzifəli məmurları ilə işləmək təcrübəsi var, o, 2021-ci ilin noyabr ayından Ukraynanın İqtisadiyyat naziri və baş nazirinin müavini vəzifələrində çalışıb. O, aprel ayında ABŞ-ın maliyyə naziri Skott Bessent ilə ABŞ-ın faydalı qazıntılar üzrə sazişini müzakirə edib və imzalayıb.
Ukrayna prezidenti Vladimir Zelenski iyulun 14-də verdiyi açıqlamada Ukraynanın iqtisadiyyat naziri və baş nazirin müavini Yuliya Svırıdenkonun ölkənin yeni baş naziri olmasını təklif edib.