Belarusun dörd müdafiə şirkəti yeni sanksiyalara məruz qalıb


…Avropa İttifaqının 18-ci sanksiya paketi Belarusun dörd müdafiə şirkətinə, banklarına və Belarus ərazisindən malların tranzitinə təsir edib.

SİA-nın məlumatına görə, bu barədə “Radio Svaboda” bildirib.

Nəşrin məlumatına görə, Belarusun dörd müdafiə şirkəti, o cümlədən Orşada yerləşən, Qrad mərmiləri üçün hissələri istehsal edən və Rusiya üçün işləyən Leqmaş zavodu da daxil olmaqla, yeni məhdudiyyətlərə məruz qalıb.

Şirkət artıq ABŞ, Kanada, Böyük Britaniya və Yeni Zelandiyanın sanksiyaları altındadır.

Hərbi məqsədlər üçün istifadə oluna bilən malların, o cümlədən avtomobillərin, metalların, plastiklərin və kimyəvi maddələrin siyahısı da genişləndirilib.

Belarus ərazisindən bəzi malların tranzitinə də qadağa qoyulub.

“Radio Svaboda” yazır ki, yeni sanksiyalar paketi həmçinin əvvəllər SWIFT ilə əlaqəsi kəsilmiş “Belarus bankları ilə maliyyə əməliyyatlarını tamamilə qadağan edir”.

Xatırladaq ki, iyulun 18-də Avropa İttifaqı Rusiya və Belarusa qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib – 27 üzv ölkənin hamısı “lehinə” səs verib.

Əli Babayev

Əlaqəli Xəbərlər