İsraildə 3 nazir eyni anda istefa verdi


İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işləri üzrə naziri Mixael Malkieli Baş nazir Benyamin Netanyahuya istefa ərizələrini təqdim ediblər. SİA xəbər verir, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Qeyd olunub ki, ŞAS partiyasını təmsil edən bu nazirliklərin rəhbərləri partiyanın hökumətdən çıxmaq istəyi ilə əlaqədar istefa ərizəsi yazıblar. Məlumata görə, daxili siyasi münaqişə dini ali təhsil müəssisəsindən olan tələbələrin hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanunun qəbulu ilə bağlı problemlər nəticəsində baş verib.

Əlaqəli Xəbərlər